Deputatlar televiziyalardakı bəsit reklamlara qarşı çıxdılar  

 

Milli Məclisin plenar iclasında deputatlar telekanalların reklam siyasətini tənqid etdilər. Milli Məclisin deputatı Çingiz Qənizadə televiziya kanallarında həkim və dərmanların reklamına qarşı çıxdı.

O dedi ki, həkimlərin və dərmanların televiziya kanallarında kortəbii reklamına yol vermək olmaz. "Özümüzü zay həkimlərdən qorumalıyıq. Nə qədər televiziylarda həkimlərin reklamını etmək olar? Hələ bu azmış kimi artıq telefonlar vasitəsilə də insanları özlərinə cəlb etməyə çalışırlar. Televiziya kanallarında dərmanların təbliği və reklamına yol vermək olmaz”. Ç. Qənizadə qeyd etdi ki, televiziya kanallarında müxtəlif verilişlər var ki, orada həkimlərin və dərmanların kütləvi şəkildə reklamları aparılır. "Bunun qarşısı alınmalıdır. Çünki, insanlar buna görə həm maddi, həm mənəvi narahatlıq keçirirlər. Çox təəssüf ki, televiziya kanallarında sosial reklamlar ümumiyyətlə yoxdur. Səhiyyə Nazirliyi bununla bağlı reaksiya verməlidir. Dərman və həkimlərin kortəbii reklamının qarşısının alınması istiqamətində təkliflər verməlidir”.

Deputat Zahid Oructelekanallardakı reklamlara diqqət çəkdi. Dedi ki, "Sobsan” adlı boyanın reklamında dahi Azərbaycan şairi Nizami Gəncəvi nümayiş olunur. "Nizami Gəncəvinin adını gətirib bu şəkildə əskiyə bükmək olmaz”-o, dedi.

Deputat Aqil Abbasisə telekanallarda dərman reklamı ilə məşğul olan həkimlərdən bəhs etdi və belə şəxslərə efir vaxtının ayrılmasını doğru saymadı. Həmçinin dedi ki, bizim tənqidlərimizin elə parlament divarları arasında qalmaması üçün addımlar atılmalıdır.

Deputat Hikmət Məmmədovisə dedi ki, qanunların təşviqi ilə məşğul olmaq lazımdır. Təklif etdi ki, Milli Məclisin televiziyası yaradılsın. "Bəzən biz vaxt çatışmazlığından, ya başqa səbəbdən biz qanunları tam mənimsəmədən onları qəbul edirik”.

Deputat Siyavuş Novruzovisə dedi ki, "Reklam haqqında" qanuna uyğun olaraq nəyisə reklam etmək televiziyanın hüququdur. "Azərbaycanda anoloqu olmayan məsələ var. Cənab prezident tətəfindən ildə iki dəfə vətəndaşların pulsuz müayinədən keçmək hüququ var. Ölkədə 600 diaqnostika mərkəzi, xəstəxanalar tikilib. Get, müayinə olun, həkim resept yazsın, müalicə al. Amma televiziyalar reklamla maliyyələşir, onlara demək olmaz ki, sən hansısa həkimi, ya dərmanı reklam eləmə”.

Birinci vitse-spiker Ziyafət Əsgərovqanunların təbliğ olunmamasından bəhs etdi və jurnalistləri də qınadı: "Ay qardaş, gəlib oturmusunuz burda, akkreditasiya olunmusunuz, sizin işiniz Azərbaycan Milli Məclisinin qanunlarını təbliğ etməkdir. Yoxsa gözləyirlər ki, bir insident olsun, ondan yazsınlar”.

E.Paşasoy, Musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300