"Xəzər" klubu Azərbaycan çempionu oldu
I divizionda XVI turun oyunları keçirilib.
Qaynarinfo xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub.
Ötən tur liderliyi ələ keçirən "Xəzər" evdə "Zaqatala" üzərində əzmkar qələbə qazanıb - 3:2. İkinci pillənin sahibi "Qaradağ Lökbatan" isə səfərdə "Turan Tovuz"a 1:2 hesabı ilə yenilib. Bununla da "Xəzər" mövsümün sonuna bir tur qalmış həm çempionluğu rəsmiləşdirib, həm də Premyer Liqaya vəsiqə qazanıb.
Turun digər oyunlarında "Ağsu" "Binə"ni 3:2, "Mil-Muğan" "Şüvəlan"ı 1:0 hesabı ilə yenib. MOİK - "Sabah" matçında isə hesab açılmayıb.
I divizion
2017/18 mövsümü
XVI tur
4 may
Mil-Muğan - Şüvəlan 1:0
Qol:Vüqar Asəliyev, 82.
Xəzər - Zaqatala 3:2
Qollar:Tural Qürbətov, 55. Ramil Həsənov, 73. Eltun Turabov, 78 - Cavad Kazımov, 58. Nicat Muxtarov, 71.
Qırmızı vərəqələr:Tural Qürbətov, 81 - Roini İsmayılov, 81.
Turan Tovuz - Qaradağ Lökbatan 2:1
Qollar:İlkin Rzayev, 7. Tuqay Alhüseynli, 52 - Sabir Allahquliyev, 41.
Qırmızı vərəqə:Sabir Allahquliyev, 87.
Ağsu - Binə 3:2
Qollar:Adil Tağıyev, 16. Ramil Əliyev, 26. Bəhlul Əliyev, 89 - Sərxan Ağayev, 12. Vüsal Səfərov, 71-pen.
Qırmızı vərəqə:Qalib Əmrahov, 90+1.
MOİK - Sabah 0:0