Ötən il 7701 nəfərdə bronxial astma xəstəliyi aşkarlanıb

 

"Bronxial astma xəstəliyi əsasən allergik mənşəlidir, sənaye cəhətdən inkişaf etmiş və nəmişliyi çox olan ölkələrdə yayılıb. Azərbaycanda bronxial astma xəstələrinin sayında illər üzrə azalma müşahidə edilir”.

Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, 2017-ci ildə 7701 nəfərdə ilk dəfə bronxial astma xəstəliyi aşkarlanıb: "Hazırda ölkədə bu xəstəlik həm uşaqlar, həm də böyüklər arasında 6-8% təşkil edir. Ölkədə bu xəstəliyə daha çox cənub zonasında rast gəlinir”.

O da qeyd olunub ki, dünyada allergik bronxial astmanı törədən əsas səbəblərdən biri ev və məişət gənələridir: "Əsasən nəmişlik olan yerlərdə onların çoxalması üçün əlverişli şərait yaranır. Yumşaq yataq dəstində yığılan toz hissəcikləri gənələr üçün optimal şərait yaratdığından, belə xəstələr yumşaq dəst əşyaların sayını azaltmalıdırlar. Xəstəliyin əsas əlamətləri kimi vaxtaşırı boğulmaları qeyd etmək olar. Bu hal yüngül əlamət kimi, bəzən isə ağır nəticələrlə müşayiət oluna bilər. Belə olan hallarda həkimin müdaxiləsi mütləqdir”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300