Bakını bürüyən qaz iyinin səbəbi bəlli oldu-Tullantıların qoxusu

 

Bir neçə gündür ki, Nizami rayonu ərazisində mənbəyi məlum olmayan pis qoxu yayılır və sakinlərin narahatlığına səbəb olur.

Musavat.com xəbər verir ki, bu gün də səhər saatlarından etibarən hiss olunan qaz qoxusu hələ də çəkilməyib. Qaz və mazut qoxusu daha çox Babək prospekti tərəfdə hiss olunur, "Koroğlu" metrostansiyasına qədər geniş bir ərazini əhatə edir.

Rayonun Fəhlə prospekti istiqamətində yaşayan sakinlər də qoxunun orada da kəskin şəkildə hiss olunduğunu bildirirlər.

"Yeni Müsavat” redaksiyası da Nizami rayonunun "Neftçilər” metrostansiyasına yaxın ərazidə yerləşdiyindən kəskin qaz iyi burada da hiss olunub.

Картинки по запросу qaz qoxusu

 

Havadakı bu xoşagəlməz qoxunun Babək prospektində fəaliyyət göstərən Bakı Neft Emalı Zavodunda aparılan işlərlə əlaqəli olduğu güman edilir.

Məsələ ilə bağlı musavat.com-a açıqlama verən Nizami rayonu icra başçısının I müavini Qərib Məmmədov qaz qoxusunun yayılma səbəbini belə izah etdi: "Qoxunun yayılma səbəbi Babək prospektində yerləşən Neft Emalı Zavoundan tullantıların havaya buraxılması ilə bağlı ola bilər. Daha ətraflı məlumatı zavodla əlaqə saxlayıb öyrənmək olar. Bu tullantıların qoxusu ətrafa yayılır, bir müddətdən sonra çəkilir”.

Məğrur MƏRD, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300