Dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, böyük azərbaycanlı Lütfi Zadənin etdiyi kəşflər, elmə verdiyi töhfələr müqayisəolunmazdır. Maraqlıdır, görəsən uzun müddətdir ABŞ-da yaşayan Lütfi Zadə özünün alim şöhrətindən istifadə etməklə Azərbaycanın problemlərini beynəlxalq tribunalarda, auditoriyalarda səsləndiribmi?

 

Məsələn, Qarabağ problemini Lütfi Zadə kimi mötəbər bir şəxsin elmi dairələrdə dilə gətirməsi effektiv təsirə malik olardı...

Sualımıza Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri, hazırda Amerikada mühacirətdə yaşayan Mahmudəli Çöhrəqanlıdan cavab almağa çalışdıq. Çöhrəqanlı bir az irəli gedərək, Lütfi Zadənin Azərbaycanla bağlılığına şübhə etdiyini dedi.

Mahmudəli Çöhrəqanlı Modern.az saytına açıqlamasında bildirdi ki, Lütfi Zadə kimi minlərlə alim Azərbaycan barədə qətiyyən düşünmür.

"Tək Lütfi Zadə yox, onun kimi minlərlə alim var. İstər Cənubi Azərbaycandan, istərsə də, Azərbaycan Respublikasından”.

GAMOH lideri qeyd edib ki, Lütfi Zadə başda olmaqla Azərbaycandan olan bir çox alimlər assimiliyasiyaya məruz qalıb.

"Lütfi Zadə kimiləri və Azərbaycandan olan bəzi alimlər assimiliyasiyaya məruz qalaraq, manqurtlaşıblar”.

Mahmudəli Çöhrəqanlı vəziyyətdən çıxış yolu üçün GAMOH-un görə biləcəyi tədbirlərdən danışıb:

"Bizə düşən odur ki, bu cür alimlərin oyanışı və intibahı üçün çalışaq. Bəlkə onlara milli və siyasi şüur verə bildik”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300