ATV-nin reklam etdiyi həkim saxtakar çıxdı -cinayətkarlarla əlbir olub...
Ötən gün Baş Prokurorluq dərman mafiyası qurmuş şəxslərin həbsi ilə bağlı məlumat yaymışdı.
Xəbərdə bildirilirdi ki, mafiya rəhbərləri ölkədə 100-ə
yaxın həkimlə əlbir olublar və onları da insanların sağlamlığını təhlükəyə atan
bu prosesə cəlb ediblər.
Uluyol.az xəbər verir ki, Minval.İnfo-nun əldə etdiyi məlumata görə,
saxta, qanunsuz, lazımsız və bahalı dərmanları xəstə insanlara satılmasına kömək
edən, bu yolla böyük məbləğdə pul qazanan həkimlərin arasında tanınmış
ginekoloq Natiq Məhərrəmov da var. O, həbs edilən cinayətkarlarla əlbir olub,
onlardan mütəmadi olaraq pul alaraq şirkətin dərmanlarını satdırıb. Onların
sonuncu dəfə 1000 manatlıq ödəniş prosesi gizli kamera ilə çəkilib.
Natiq Məhərrəmovun bu qədər məşhur olmasının səbəbi isə ATV telekanalında
yayımlanan, aparıcısı Zaur Baxşəliyevin olduğu "BizimləSən” verilişidir.
Belə ki, ginekoloq Natiq Məhərrəmov bəhs etdiyimiz verilişdə tez-tez reklam
edilir, mükəmməl, peşəkar, xeyirxah, xəstələrini düşünən biri kimi göstərilir.
Bu yolla da verilişi izləyən minlərlə insan həkimin tələsinə düşüb, onun qəbuluna
yollanıblar.
O da saxta dərmanları xəstələrinə aldıraraq həm sağlamlıqları ilə oynayıb, həm
də onları borca salıb. Bu yolla da özü üçün yaxşı gəlir əldə edib. Əldə etdiyi
bu gəlirlərlə də efirdə jestlər edib, verilişə sponsor olub. Ataların bir sözü
var, "Qaz gələcək yerdən toyuq əsirgənməz”.
Qeyd olunan qanun pozuntularının törədilməsi həmin vəzifəli şəxslərin özlərinin
ifadələri ilə yanaşı, şahid ifadələri, şirkətlərin fəaliyyət göstərdiyi ünvanlardan
aşkar edilmiş dərman vasitələri, ayrı-ayrı həkimlər tərəfindən pasientlərə dərmanların
təyin edilməsi müqabilində mütəmadi olaraq aylıq 50-1000 manat məbləğlərdə
pulların verilməsi barədə yazılı qeydləri özündə əks etdirən dəftərlər
götürülüb. Bundan başqa onların əməlləri dərman vasitələrinin dövriyyəsini əks
etdirən "qara mühasibatlıq” sənədləri, eləcə də "Epidbiomed” MMC-nin
fəaliyyət göstərdiyi ofisdən mühasibatlıqdan gizlədilməklə kassaya mədaxil
edilməmiş milli və xarici valyutada 138 min manat məbləğində pul vəsaiti, digər
maddi sübutlar və istintaq sənədləri ilə təsdiq olunub.
Qeyd edək ki, toplanmış ilkin sübutlar əsasında Müşfiq Nağıyev, Hafiz Orucov,
Asim Kərimov, Namiq Əliyev və Kamal Məmmədova Cinayət Məcəlləsinin 308.2 (vəzifə
səlahiyyətindən sui-istifadə), 200-1.2.2 və 200-1.2.3-cü (dərman vasitələrinin
qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin
qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Bu növ qanunazidd əməllərə məruz qalmış vətəndaşlardan Baş prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt” əlaqə mərkəzinə
müraciət etmələri xahiş olunur.