ABŞ-dakı Jean Paul Getty Muzeyində sərgilənən bir heykəl mütəxəssislərdə və tamaşaçılarda xüsusi maraq oyadıb. Antik yunan dönəminə aid "Məzardakı taclı qadın və onun yardımçısı” adlandırılan heykəldə təsvir olunmuş əşyanı nəzəriyyəçilər "yadplanetlilərin göndərdiyi bilgisayar”, tarixçilər isə "ibtidai hesablama maşını” hesab edirlər.
Heykəldəki qadın gənc köməkçisinin ona verdiyi hədiyyəni incələyir. Bu hədiyyə isə görünüşcə günümüzdə istifadə etdiyimiz noutbuka çox bənzəyir. Ən diqqətçəkəni isə fiqurun kənarında iki dəliyin olmasıdır. Bu dəliklərin noutbuklardakı USB girişlər olduğunu iddia edənlər var.(Korrespondent.Az)
Uluyol.info