Səlim Müslümovun işçisi Prezident təqaüdçü mayoru niyə süründürür?
«Suraxanı rayon Sosial Müdafiə Mərkəzi nə məhkəməni saya alır, nə də onun çıxardığı qərarı…».

Suraxanı rayon Sosial Müdafiə Mərkəzi  Prezident təqaüdçüsü mayoru niyə süründürür?

XİDMƏTİ VƏZİFƏDƏ XƏSARƏT ALIB

Bakı sakini Rövşən Novruzov deyir, məhkəmə qərar çıxararaq 2 min 926 manatın ona ödəməsini öhdəliyini Suraxanı rayon Sosial Müdafiə Mərkəzinin üzərinə qoyub. Ancaq Mərkəz məhkəmə qərarını icra etmir.

Rövşən Novruzov Laçın rayonunun Pircahan kəndindən məcburi köçkündür. 2-ci qrup hərbi əlil, Prezident təqaüdçüsü, ehtiyatda olan mayorun sözlərinə görə, ötən ilin noyabrından müraciət etsə də, baxılmır:

«18 il hərbi xidmətdə olmuşam. Xidməti vəzifəmi yerinə yetirərkən xəsarət almışam. Xəstəliyimlə əlaqədar ehtiyata buraxılmışam. 2013-cü ildə ordudan tərxis olunduqda mənə verilmiş xəstəlik haqqında qərarda xidmət dövrü xəstəliklər qeyd olunub. Ötən il Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına müraciət etdim. Qərara düzəliş edərək orada «hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır» sözlərini yazdılar».

«19 AYLIQ TƏQAÜD 2 MİN 926 MANAT EDİR»

Rövşən Novruzovun dediyinə görə, komissiyanın qərarını alandan sonra topladığı sənədləri Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə verib. Ancaq Suraxanı Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən ödənilməli olan təqaüdü ala bilməyib:

«Prezident təqaüdçülərinə ayda 130 manat ayrılmalıdır. 2014-cü ilin martından 2015-ci ilin oktyabrına qədər mənə ödənilməyən 19 aylıq təqaüd 2 min 926 manat edir. Bu məbləğin mənə ödənilməsi üçün məhkəməyə də müraciət etdim. Məhkəmə tələbimi təmin etdi». (azadliq.org)


 
Qarşı tərəfləri də dinləməyə hazırıq.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300