Dövlət Komissiyası: Qarabağ münaqişəsində itkin düşənlərin ailə üzvlərindən DNT nümunələri götürülür

 

     "Baş Prokurorluq, Hərbi Prokurorluq, Daxili İşlər Nazirliyi və ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi tərəfindən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi terror aktları ilə bağlı 600-dan çox cinayət işi başlanıb, müxtəlif istintaq tədbirləri aparılıb".

APA-nın xəbərinə görə, bunu "Regional inkişafa və əməkdaşlığa əsas təhlükə Ermənistanın təcavüzkar və dövlət terrorçuluğu siyasətidir" mövzusunda keçirilən konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib. O bildirib ki, Ermənistanın apardığı şovinist siyasət regional inkişafa təhlükə yaradır: "XX əsrin əvvəllərində olduğu kimi, XX əsrin sonlarında da erməni quldur dəstələrinin Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə siyasəti davam edib, nəticədə Azərbaycan torpaqlarının 20 faiz ərazisi işğal edilib, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 3875 nəfər Azərbaycan vətəndaşı itkin düşüb".

Erməni terrorunun 100 ildən artıq yaşı olduğunu xatırladan E. Səmədovun sözlərinə görə, ASALA terror təşkilatı tərəfindən müxtəlif ölkə və şəhərlərdə türkiyəli diplomatlar qətlə yetirilib.

Dövlət Komissiyasının əməkdaşı qeyd edib ki, itkin düşmüş Azərbaycan vətəndaşlarının sonrakı taleyi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi ilə yaxından əməkdaşlıq edilir: "Gələcəkdə eksqumasiya və identifikasiyanın aparılması üçün itkin düşmüş şəxslərin ailə üzvlərindən, yaxın qohumlarından DNT nümunələri götürülür. DNT nümunələri ayrıca olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalında saxlanılır".

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun əməkdaşı Qasım Hacıyev deyib ki, Qafqaz regionunda heç vaxt erməni dövləti olmayıb: "Ermənistan dövləti süni şəkildə yaradılıb. Bu dövlət terrorizm yuvasıdır".

Tədbir çıxışlarla davam etdirilib.

Qeyd edək ki, konfrans DTX, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurasının təşkilatçılığı ilə baş tutub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300