Texnologiya universitetinin əməkdaşı Prezidentə Müraciət etdi-MƏTN
Hörmətli Prezident İlham Əliyev cənabları, Sizi yenidən Azərbaycan
Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə səmimi qəlbdən təbrik
edir, Vətənimizin inkişafı, onun çiçəklənməsi yolunda görəcəyiniz işlərinizdə
uğurlar arzulayıram.
Uğurlarından daha çox, baş verən biabırçı hadisələrlə gündəmdən düşməyən
Texnologiya Universiteti haqqında hər gün yeni məlumatlar yayılır. Müraciətlərə,
şikayətlərə baxdıqda Universitetdə idarəetmənin hansı səviyyədə
olduğunu təsəvvür eləmək elə də çətin olmur.
Elə bu nöqteyi-nəzərdən cənab Prezident, Sizə təkrar müraciət edirəm.
Etiraf edək ki, əslində problem və nöqsanların gündəmə gətirilməsi ilə təhsil
ocağında iş bitmir. Çünki bu istiqamətdə həqiqətən də, ciddi addımlar
atılmalıdır ki, zamanla da olsa, nəticəni görə bilək. Dövlət qurumları, Təhsil
Nazirliyi susur. Təhsil bizə uşaq yaşlarından orta məktəbdə verilməsi ilə
başlayıb, ali məktəbdə də davam edir. Lakin bu gün Texnologiya
Universiteti ali məktəblər sırasında ən sonuncu yerlərdən birində
dayanıbdır. İldən – ilə qəbul olunan tələbə sayı azalır. Bunun da səbəblər var.
Universitetdə baş verənlərin mətbuatda izlənməsi, tələbələrin valideyinlərinə
universitetdə baş verənləri söyləməsi, Dövlət imtahanı və Diplom müdafiəsi üçün
"kurs” yaradıb, tələbələrdən bank hesabına 500 manat ödədilməsi valideyinlərdə
narazılığa səbəb olur. Onu da qeyd edim ki, Təhsil Nazirliyinə davamlı olaraq
şikayətlər getsə də, bu qanunsuzluqlara göz yumulur. Bir vaxtlar ölkəmizdə ən
qabaqcıl təhsil müəssisələrindən biri hesab edilməsinə baxmayaraq, hal-hazıra
ildə 420 – 450 nəfər tələbə ancaq qəbul olunur.
Akif Süleymanov 2013-cü ilin mart ayında rektor vəzifəsinə təyin edilib. Lakin
bu 5 il ərzində təhsil müəssisəsində yaxşılığa doğru heç bir dəyişiklik baş
verməyib. Belə ki, problemlər öz aktuallığını qoruyub saxlayır. Akif
Süleymanov Texnologiya Universitetində elə "qaydalar” müəyyənləşdirib ki,
buna tab gətirmək hər əməkdaşın işi deyil.
Rektor haqqında hədsiz şikayətlər, narazılıqlar olsa da, hələlik bu istiqmətdə
ciddi addım atılmır. Bununla da istər-istəməz universitet əvvəlki nüfuzunu
itirir. Ulu Öndər Heydər Əliyevin bir başa qayğısı ilə yaradılan Texnologiya
Universitetində, özbaşınalıq tüğyan edir.
Akif Süleymanov 2013-cü ildən bəri Universitetin bütün maddi – texniki bazasını
məhv edib. Heç bir idarəçilik qabiliyyəti olmayan bu adam rəhbərlik etdiyi 5 il
müddətində universiteti iflic vəziyyətinə salıb. Akif Süleymanov üçün idarəçilikdə
heç bir sərhəd, qayda – qanun yoxdur. Onun törətdiyi qanunsuzluqlardan bəzilərini,
yəni üzdə olanlarını nəzərinizə çatdırırıq.
"Müştəri Yönümlü Proqram” adı altında Universitrtin büdcəsini çapıb –
talayan bir qrup adam – Tədris işlər üzrə prorektor Vüqar İsmayılov, Elm və
texnika üzrə prorektor Səbuhi Yusifov, Tədris şöbəsinin müdiri – hal-hazırda tərbiyyə
işləri üzrə prorektor vəzifəsini icra edən Piri Axundov və digərləri ayda 2500
manatdan çox maaş alırlar. Universitetin büdcəsindən külli miqdarda vəsaiti
2015 ci ilin avqust ayından bu günə kimi mənimsəməkdə davam edirlər. Rektorun
qanunsuz işlərinə dəstək verən Universitet əməkdaşlarının bəzilərinin də süni
olaraq əlavələri bağlı qapı arxasında artırılır.
2015 ci il 31 avqust tarixli, 223 saylı ƏMR-dən açıq görünür ki, tədris işlər
üzrə prorektor Vüqar İsmayılov 2445 manat, elim və texnika üzrə prorektor
Sabuhi Yusifov 2494 manat, Tədris şöbəsinin müdiri Piri Axundov 1257
manat və başqalarına yüksək əmək haqqları yazılıb. Bu əmrinin surətini diqqətinizə
çatdırıram.
Universitetin ümumi büdcəsi gizlədilir. Universitetin ştat cədvəli və maaşlar məxvi
saxlanılır. Maaş bölgüsü qeyri qanuni aparılır. Kollektivin əsas hissəsi
120 – 250 manat əmək haqqı aldığı halda 2015 ci ilin 31 avqust ayınından təyin
olunan, o zaman elmi adları belə olmayan şəxslər hal- hazırda yuxrıda yazılan əmək
haqqından daha çox maaş alırlar.
Bu bir daha göstərir ki, Texnologiya Universitetinin rektoru Akif Süleymanov
universitetin maddi texniki bazasını istədiyi kimi mənimsəyir. Buna da dövlət
qurumları göz yumur.
Universitetdə əyani magistaturada təhsil alan bəzi tələbələr yüksək maaşla müxtəlif
işlərə, o cümlədən tyutor vəzifəsinə götürülüb, hansı ki qeyd olunan tyutor vəzifəsinə
peşəkar, nüfuzlu və təcrübəli müəllimlər təyin olunmalıdırlar.
Görəsən Vüqar İsmayılov, Səbuhi Yusifov, Piri Axundov və digərləri hansı
qeyri adi fitri istedada malikdir ki, universitetin büdcəsinə onların qabiliyyəti
sayəsində külli miqdarda maliyyə vəsaiti daxil olur ki, onlar da 3000 min manat
və daha yüksək aylıq maaş alırlar!?
Müştəri Yönümlü Proqramın fəaliyyət göstərdiyi beş ildən çox müddətdə
Universitetin büdcəsinə hiss oluna biləcək bir vəsait gətirməyən bu adamlar
artıq universitetin büdcəsindən külli miqdarda pul mənimsəyiblər. Akif
Süleymanov göyə sovurduğu bu pulları Universitetin maddi texniki bazasının
yaxşılaşdırılmasına və yaxud Respublikadakı digər Universitetlərdəki kimi müəllim-professor
heyətinin maaşlarının artırılmasına sərf etsəydi yaxşı olmazdımı?!
Hələ bu azmış kimi rektor öz adamlarını yerləşdirmək üçün Universitetdə uzun
müddət çalışan dosentləri və elmlər doktorlarını, texniki işcilərini vəzifələrindən
uzaqlaşdırıb, ya da müxtəlif təzyiq vasitələrindən istifadə edərək universitetdən
kənarlaşdırıb. 2013 cü ildən bu günə kimi, 30 nəfərə yaxın professor, dosent,
100 dən çox texniki işcini işdən kənarlaşıdran Akif Süleymanovu durdurmağın
vaxtıdır. Akif Süleymanov Universitetin maddi texniki bazası kimi elmi
potensialınıda məhv edib.
İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas
gəlir mənbəyidir. Universitetin əməkdaşlarının əsas hissəsi, müəllimləri,
texniki işciləri, 120 – 250 manat əmək haqqı aldığı halda, Akif Süleymanov
ancaq öz adamlarının maddi durumlarını önə çəkərək, Universitetin maddi büdcəsini
talamaqla təmin edir.
Təhsil Nazirliyinə, Maliyyə Nazirliyinə, Prezident Aparatına, Nazirlər
Kabinetinə, Milli Məclisə, Baş Prokurorluğun Korrupsiya İdarəsinə rəsmi "Azərpoçt”
və mətbuat vasitəsi ilə müraciətlər olunsa da, hələ də bir nəticə yoxdur.
Özbaşınalıq o həddədir ki, Texnologiya Universitetində Ulu Öndər Heydər
Əliyevin adına olan "Muzeydə”, Ulu Öndərin portreti önündə, ad günü keçirdib,
müxtəlif yığıncaqlar edirlər.
Təhsil Nazirini əvəz edən Ceyhun Bayramova davamlı olaraq "Azərpoçt” vasitəsi
ilə məktublar salıram, təəssüflə qeyd edirəm ki, məktublarıma rəsmi cavab ala
bilmirəm. Əgər Akif Süleymanovu Texnologiya Universitetinə, onun müəllimlərinə
düşmən kəsilməyə göndəriblərsə, bu başqa məsələ…
Çox təəsüflər olsun ki, Texnologiya Universitetyin rektoru Akif Süleymanov kimi
saraylarda oturan məmurlar, çiçəklənən dövlətimizə, dövlətimizin ziyalılarına xəyanət
edir. Prezident İlham Əliyev cənabları! Sizdən xahiş edirəm, Texnologiya
Universitetinin rektoru Akif Süleymanov, törətdiyi çirkin əməllərinə görə
qanunlarımız qarşısında cavab versin, öz layiqli cəzasını alsın.
YAŞASIN MÜSTƏQİL AZƏRBAYCAN!
YAŞASIN AZƏRBAYCAN XALQI!
Texnologiya Universitetinin əməkdaşı Azər Allahverdiyev…