"Meydan TV" ilə əməkdaşlıq etmiş jurnalist Natiq Cavadlı fevralın 6-də Baş Prokurorluqda dindirilib. Jurnalistin dindirilməsi iki saata yaxın davam edib.

Bu haqda Azadlıq Radiosuna N.Cavadlı xəbər verib. Dindirmənin əvvəllər əməkdaşlıq etdiyi «Meydan TV»nin fəaliyyəti ilə bağlı olduğunu deyən jurnalist detallar haqda danışmayıb. Ondan bununla bağlı iltizam alınıb.

Jurnalisti müstəntiq Əli Babayev dindirib.

Son həftələrdə jurnalistlərin, özəlliklə «Meydan TV» ilə əməkdaşlıq edənlərin prokurorluğa çağırılması intensivləşib. Fevralın 5-də «Meydan TV» ilə əməkdaşlıq etmiş daha iki jurnalist – Sevinc Vaqifqızı və Aytac Əhmədova Baş Prokurorluqda dindirilmişdilər.

«Meydan TV» 2013-cü ilin sonunda yaradılıb və xaricdən yayımlanır. İnternet televiziyasının əməkdaşları 2015-ci ilin avqustunda Mingəçevir polis şöbəsində naməlum şəraitdə vəfat edən Bəhruz Hacıyevin ölümü və bundan sonra baş verən etiraz aksiyalarını işıqlandırmışdılar.

Bundan sonra isə internet televiziyasının əməkdaşları prokurorluğa çağırılaraq dindirilməyə başladı. O vaxt dindirilən jurnalistlər deyirdilər ki, Mingəçevir hadisələri ilə bağlı çağırılsalar da, onlardan daha çox «Meydan TV»nin fəaliyyəti ilə bağlı soruşulur.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300