Özünü spikerə bənzədən Müşfiq Tükanov kimdir?
Müşfiq Tükanov barədə ölkə mətbuatında getmiş bir çox məlumatlara rast gəlmək olur.
Ancaq bu günlərdə 365İNFO saytına
Müşfiq Tükanov barədə yeni məlumat daxil olub. Həmin məlumatda bildirilir ki,
Müşfiq Tükanov Milli Bankın sədri Elman Rüstəmovun müşaviri Abdulla Məlik-Aslanovun
kürəkənidir. Və vaxtıilə müşavir qaynatanın köməkliyi ilə Müşfiq Tükanov
hal-hazırda fəaliyyət göstərməyən "DəmirBank”ın "Mərkəz” filialının müdiri təyin
olunub.
Adı bir çox bank maxinasiyalarında keçən Müşfiq Tükanov tez-tez hüquq mühafizə
orqanlarının "qonağı” olur və axırda onlardan qurtulmaq üçün spiker Oqtay Əsədovun
adından istifadə edir, özü də maraqlı üsulla…
Belə ki, Müşfiq Tükanov məlumat əldə edir ki, spiker Oqtay Əsədov 10 AA 004
nömrəli Mercedes-Maybach S-500 avtomobilində gəzir. Və filial müdiri Müşfiq
Tukanov "cürət” edib özünə 10 YY 004 nömrəli eyni markalı avtomobil, yəni
Mercedes-Maybach S-500 alır.
Bundan sonra isə şəhərdə şaiyə yayır ki, guya o Oqtay Əsədova yaxın olan
adamlardandır. Bank maxinasiyalarında boğulan keçmiş filial müdiri Müşfiq
Tükanov bu cür hərəkətiylə özünü bir növ hüquq mühafizə orqanlarının "qonağı”
olmaqdan sığortalayıb.
Müşfiq Tükanovu tez-tez Rafael və Coşqunun "Bu şəhərdə” konsert proqramlarında
görmək olur. Hətta çəkilişi aparan operatora "hörmət” də olunur ki, filial
müdiri Müşfiq Tükanovu geniş planda tez-tez göstərsin.
Bax belə, bu da keçmiş filial müdiri Müşfiq Tükanovun özünü spikerə bənzətməsi. Görünür, onun bundan sonra da bu qəbildən olan başqa maraqlı ideyaları ortaya çıxacaq.
İlqar Rasimoğlu
365İNFO.ORG