XALQ TƏBABƏTİ: CİNCİLİM bitkisinin faydaları
Cincilim qədim zamanlardan həm qida hazırlanması zamanı, həm də müalicəvi ot kimi istifadə olunur.
Qədimdə cincilimi yara, xora, furunkul, müxtəlif şişlərin
müalicəsində çox geniş istifadə edirdilər.
Saglamolun.az xəbər verir ki, cincilimin bir çox faydalı xüsusiyyətləri
var. Cincilimi "ürək otu" adlandırırlar. Bu ot həqiqətən ürəyin
sağlamlığına müsbət təsir edir, ürək əzələsini möhkəmləndirir, təzyiqi tənzimləməyə
kömək edir.
Bundan əlavə cincilim sinir sistemi üçün də çox faydalıdır - sakitləşdirir, əsəbiliyi
aradan qaldırır. Sakitləşdirici çay resepti: 1 ç.q. xırda doğranmış cincilimi 1
fincan qaynar suda dəmləyin, süzün və adi çay kimi için.
Cincilim nəfəs yollarını selikdən təmizləyir, bronxit, öskürək zamanı
faydalıdır.
Cincilim ödqovucu təsirə malikdir, öd kisəsində durğunluq proseslərini azaldır,
qaraciyərin fəaliyyətini yaxşılaşdırır.
Cincilim mədə ağrılarını və köpü azaldır, qəbizlik zamanı kömək edir.
Cincilim uşaq əmizdirən qadınlarda laktasiyanı artırır, mastitin qarşısını
alır.
Revmatizm, oynaq ağrıları, varikoz xəstəliyi zamanı cincilimi blenderdə
xırdalayın, tənzifin üzərinə qoyun və ağrıyan oynaqların, genişlənmiş
damarların üzərinə kompress şəklində qoyun.
Uşaqlarda diatez zamanı cincilimi dəmləyin, süzün və bu dəmləməni uşağı
çimizdirəndə vannaya əlavə edin.
Cincilim həmçinin əla kosmetik vasitədir - dərini cavanlaşdırır, təmizləyir,
sızanaqları aradan qaldırır.