Deputata «hansı haqla bu kəndə gəlmisən?» deyə onun gəlişinə etiraz olundu

60 saylı Saylan-Neftçala dairəsinin deputatı Fəzail Ağamalı Neftçalanın Aşağı Surra kəndində şəhid Zabil Əsgərovun adına olan orta məktəbdə müəllimlərlə görüş keçirib.

Nia.az-a daxil olan məlumata görə,Fəzail Ağamalı görüşdə ölkədəki maliyyə böhranından danışaraq  vətəndaşları səbrli olmağa, çağırıb. Daha sonra sualları cavablandıran Fəzail Ağamalı çətin vəziyyətə düşüb. Deputata əsasən maaşlarla və kreditlərlə bağlı suallar verilib. Fəzail Ağamalı isə suallardan yayınmaq üçün "bu mənim səlahiyyətimdə deyil” deyə cavab verib. Müəllimlərdən biri növbəti sualı verərkən isə "mənim başqa məktəbdə görüşüm var” deyərək görüşü bitirmək istəyib. Lakin həmin müəllim deputatdan sualını dinləməyi tələb edib. Bildirilir ki, müəllimin Fəzail Ağamalıya sualı təxminən bu şəkildə olub: "Siz namizəd olanda bizim kəndə gəlib dediniz ki, deputat seçiləndən sonra kəndin yollarını abadlaşdıracağam, işıq problemini həll edəcəyəm, kəndə bankomat qoyduracağam. Əgər bunları etməsəm bir daha bu kəndə ayaq basmayacağam. Siz bunları etməmisiniz, indi hansı haqla bu kəndə gəlmiisiz?”

Fəzail Ağamalı müəllimə kobud cavab verib, həmçinin polisdən həmin şəxsi otaqdan çıxarmağı tələb edib. Lakin polis deputatın tələbini yerinə yetirməyib.

Məlumatda deyilir ki,görüş başa çatandan sonra icra nümayəndəsi həmin müəlliməyə iradını bildirib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300