Müsavat başqanı Arif Hacılı Tofiq Yaqublunu təbrik etdi
Müsavat Partiyasının başqanı Arif Hacılı partiya başqanının müavini, Divan üzvü, siyasi və vicdan məhbusu Tofiq Yaqublunu 55 illik yubileyi  münasibətilə təbrik edib. Təbrikdə deyilir:                                 

"Hörmətli Tofiq bəy! 

Sizi 55 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə uzun ömür can sağlığı, azad, layiqli, firavan Azərbaycan uğrunda apardığınız fədakar mübarizənizdə uğurlar arzulayıram. Mövcud rejimin repressiya maşını Sizi artıq 3-cü ildir ki, doğum gününüzü həbsxanada, daş divarlar arasında qeyd etməyə məcbur edir. Hər kəs bilir ki, bu gün həbsdə olmağınızın səbəbi, hüdudsuz vətənpərvərliyiniz, haqsızlığa qarşı barışmaz və cəsarətli mübarizənizlə bağlıdır. 

Sizin apardığınız mübarizənin tarixi Milli Azadlıq Hərəkatı və Qarabağ uğrunda gedən döyüşlərdən başlayır. Həmin vaxtdan etibarən bütün həyatınızı Azərbaycanın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü və ölkədə azad, demokratik cəmiyyətinin qurulması uğrunda mübarizəyə həsr etmisiniz. Bu gün də mübarizənizi yorulmadan davam etdirirsiniz. Bu yolda illərlə hakimiyyətin zor aparatına dayanan repressiya maşınının sınaqlarından alnıaçıq, üzüağ çıxmısınız. Bu fədakar fəaliyyətinizə görə hakimiyyət tərəfindən şərlənərək həbs olunmuş, beynəlxalq birlik tərəfindən vicdan məhbusu kimi tanınmısınız. Həbs olunduqdan sonrakı dövrdə də Sizin qürurlu davranışınız, səmimiyyətiniz və iradəniz bir örnəkdir. 

Müsavat başqanının müavini kimi də Müsavat Partiyasının güclənməsi, müsavatçılığın təbliğində böyük fəallıq göstərmiş, indiki ağır şəraitdə də partiyadaşlarınızla birlikdə azad, ədalətli və demokratik cəmiyyət quruculuğu, Azərbaycanın firavan gələcəyi uğrunda mübarizənin önündəsiniz. 

Siz həmçinin qayğıkeş ata, gözəl ailə başçısısınız. Sizin ailə üzvlərininiz, böyüdüb tərbiyə etdiyiniz övladlarınız da göstərdikləri mətinlik, fədakarlıq nümunələri ilə bütün Azərbaycan xalqının rəğbətini qazanıb. 

Fədakar mübarizəniz işgüzarlığınız, prinsipiallığınız, ardıcıllığınız partiyadaşlarımız və ictimaiyyət arasında Sizə böyük nüfüz qazandırıb. Şübhəsiz ki, Sizin bu xidmətləriniz xalqımız tərəfindən yüksək qiymətləndirilir. 

Hörmətli Tofiq bəy! 

Sizi bir daha 55 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə can sağlığı, apardığınız fədakar mübarizədə uğurlar arzulayıram".

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300