"Mitsubishi" 40 minə yaxın avtomobili geri
çağırıb - Mühərrikdə problem
"Mitsubishi" şirkəti Rusiyada 40 minə yaxın avtomobili geri çağırıb.
Trend-in məlumatına görə, bu qərar avtomobillərdə mühərrik blokunun relesində, eləcə də ventilyatorun relesində qeydə alınan qüsurlarla bağlıdır.
Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma
2015-ci ilin fevralından 2017-ci ilin fevralınadək satılmış "ASX” və
"Outlander" modellərinə şamil olunur.
Bildirilir ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz
həyata keçiriləcək.