Saakaşvili: "Mən Gürcüstana gələcəyəm”

 

"Mən Gürcüstana gələcəyəm və komandamla birgə bütün proqramları həyata keçirəcəyəm”.

Bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili videomüraciətində deyib.

O bildirib ki, Vahid Milli Hərəkat hər bir gürcüyə iqtisadi gücünü qaytaracaq: "Əminəm ki, hakimiyyətin dəyişməsindən sonra - bu, növbəti prezident seçkilərindən sonra baş verməlidir - Gürcüstanda minimal pensiya 400 lari məbləğində olacaq və bunu etmək çox asandır”.

M.Saakaşvilinin sözlərinə görə, Gürcüstan boşalır və bu, real təhlükədir: "Bunu yalnız həyat səviyyəsini yüksəltmək, əmək haqlarını və iqtisadi imkanları artırmaqla aradan qaldırmaq mümkündür. Bunu mən özüm etməyə hazırlaşıram. İndi onlar mənə qarşı cinayət işləri qaldırırlar ki, Gürcüstana qayıda bilməyim. Mən gələcəm və bu proqramların hamısını komandamla birgə həyata keçirəcəm. Mən öz xalqımı dar gündə qoymaram. Onları mafiyanın əlinə verməyəcəm. Buna son qoyulmalıdır. Gürcüstan azad olunmalı və nəfəs almalıdır”.

 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300