Hindistanda helikopter qəzaya uğradı
Hindistanda nəqliyyat helikopterinin təhlükəli eniş etməsi qəzaya səbəb olub.
Trend-in məlumatına görə, hadisə nəticəsində 4 nəfər yaralanıb.
İnsident Himalay dağlarında Uttarakxand ştatında baş verib.
İlkin ehtimala görə, helikopter dəmir maneyə dəyərək yanmağa başlayıb.
Helikopterin bortunda ümumilikdə 7 nəfər olub.