Lənkəranda 7 nəfərin ölümünə səbəb olan sürücü həbs edildi -RƏSMİ

 

Lənkəranda 7 nəfərin ölümünə səbəb olan sürücü həbs edilib. Lent.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir:

 

"Martın 31-də saat 17:30 radələrində Cəfərov Natiq Təbəkül oğlu Ələt-Astara-İran sərhədi yolunun Lənkəran rayonu, Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində idarə etdiyi "Ford Cargo” markalı 99-JF-224 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq, avtomobilini qarşı hərəkət zolağına çıxararaq həmin yolla hərəkətdə olan Aslanlı Faiq Tofiq oğlunun idarə etdiyi "Mitsubishi İO” markalı 42-BS-634 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub, bundan sonra yolun kənarında hərəkətsiz dayanmış "VAZ-21154” markalı 10-VF-815 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılıb.

 

 

 

Yol nəqliyyat hadisəsi nəticəsində "Mitsubishi İO” markalı avtomobilin sürücüsü Faiq Aslanov və sərnişinləri Gülxanım Aslanova Əliqulu qızı, Aslanov Fikrət Şirəli oğlu, Aslanov Namiq Şirəli oğlu, Aslanova Vəsimə İbrahim qızı, Aslanova Rəziyyə Aslan qızı aldıqları xəsarətlərdən hadisə yerində vəfat edib. Avtomobildə olan digər sərnişin, azyaşlı Aslanlı Ülvi Faiq oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran mərkəzi rayon xəstəxanasına yerləşdirilsə də, aprelin 2-də orada vəfat edib.

 

 

 

Fakta görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

 

 

 

N.Cəfərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmuş və Lənkəran rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

 

 

 

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300