Xarkovda qətlə yetirilən 34 yaşlı azərbaycanlının meyiti Neftçalaya gətirilib

 

Ukraynanın Xarkov şəhərində bir neçə gün əvvəl qətlə yetirilən azərbaycanlının meyiti Azərbaycana gətirilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 1984-cü il təvəllüdlü İsmayılov Zaur Hazər oğlunun meyiti Xarkovdan Neftçala şəhərinə gətirilib və bu gün orada dəfn olunacaq.

Qeyd edək ki, hadisə martın 29-da saat 23.00 radələrində Xarkov şəhərinin Lev Landau küçəsi, 26 ünvanında yerləşən azərbaycanlılara məxsus "Ağdam” restoranının qarşısında baş verib.

Məlumatlara görə, "Toyota” markalı avtomobildə əyləşən silahlı şəxslər restorandan çıxan bir qrup insana atəş açıblar. Restorandan çıxan Z.İsmayılov güllə yarası alaraq hadisə yerində ölüb, digər şəxs isə yaralanıb.

Zaur İsmayılovun Xarkov şəhərinin "Barabaşovo” bazarında ticarətlə məşğul olduğu bildirilir.

Qeyd edək ki, ilkin məlumatlarda Z. İsmayılovun əslən Gürcüstanın Borçalı mahalından olduğu açıqlanmışdı.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300