Gəncədə əmək yarmarkası etiraz aksiyasına çevrildi - video
Fevralın 5-də Gəncə şəhərində  İcra Hakimiyyəti başçısı Elmar Vəliyevin təşəbbüsü ilə əmək yarmarkası təşkil olunub.

Tədbir  Yeni Azərbaycan Partiyasının binası yaxınlığında baş tutub.

Gəncə şəhər sakinlərinin verdiyi məlumata görə,  tədbirə 2 minə qədər insan toplaşıb. Təklif olunan iş yerlərinin isə hamısı formal xarakter daşıyıb. İçəri girən şəxslər yarmarkada fəhlə, diplomsuz şəxslər üçün iş yerlərinin olmadığını deyiblər. Nəticədə bu hadisə insanlar arasında narazılığa səbəb olub. Şəhər sakinləri "istefa” şüarları səsləndirərək, etirazlarını bildiriblər.

Sakinlərin sözlərinə görə, yarmarkada olan Elmar Vəliyev dərhal ərazidən uzaqlaşdırılıb. Hadisə yerinə polis qüvvələri gəlib.  Onlar etirazçları həbs etmək istəyərkən müqavimətlə üzləşiblər. Sakinlər saxlanılan şəxsləri polislərin əlindən almağa cəhd etsələr də, mümkün olmayıb. Şəhər sakinlərinin bir neçəsi həbs edilərək bölməyə aparılıb.

Son məlumata görə, insanlar hələ də YAP-ın binası önündədirlər

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300