Salyanın Şirvan Milli Parkında yerli sakin güllələnib
Salyan rayonunda silahlı insident baş verib.
"Report”un Aran bürosunun məlumatına görə, bu gün axşam saatlarında Şirvan Milli Parkında 1 nəfər güllələnb.
Güllələyən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Zərərçəkmişin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.