Gəncədə 2 milyonluq ərzaq müəmması -
Gəncədə 3 dövlət qurumu təkcə 2015-ci il ərzində ərzaq məhsullarının alınmasına 2 milyon manatdan artıq vəsait xərcləyib. Bu barədə Qaynar.info bir müddət əvvəl ləğv edilən Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi saytının keçirilmiş müsabiqələrin reyestri bölməsinə istinadən məlumat verir.

Həmin bölmədə aparılan araşdırma nəticəsində məlum olub ki, ötən il təkcə Gəncə şəhər İcra Hakimiyyəti ərzaq məhsullarının satın alınması üçün 1 milyon 37 min manat 684 manat xərcləyib.

Daha iki qurumun bu məqsədlə xərclədiyi vəsaitin ümumi dəyəri də 1 milyon manatdan artıqdır. Belə ki, Təhsil Nazirliyi Gəncə Şəhər Təhsil İdarəsi ərzaq məhsullarının satın alınmasına 604 min 349 manat, Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi isə bundan bir qədər az - 467 min 762 manat xərcləyib.

Maraqlıdır ki, hər üç satınalmanı GF MMC adlı şirkət həyata keçirib. Amma internet üzərindən aparılan araşdırmalara baxmayaraq bu şirkət barədə ötəri məlumat belə əldə etmək mümkün olmayıb. 

Bu, Azərbaycanın satınalmalar təcrübəsində tez-tez rastlanan haldır. Kifayət qədər bu cür şirkət göztərmək mümkündür ki, onlar dəyəri milyonlarla manatla ölçülən tenderlərdə iştirak edir və qalib gəlirlər, amma həmin şirkətlərin haqqında hər hansı elektron bilgi əldə etmək qeyri-mümkündür.

Nəzərə alsaq ki, müasir dövrdə bu cür yüksək məbləğli işləri həyata keçirən hər hansı şirkətin internet ünvanının olmaması onun onun ətrafında suallar yaradır, şübhələrə yol açır, qeyri-ciddi obraz yaradır, o zaman istər GF MMC, istərsə də bu kimi milyonluq satınalmaların qaliblərinin ən azı elektron resurslarının mövcud olmamasına məntiqi izah vermək çətindir.

Ekspertlərin bir çoxu isə bu kimi halları qeyri-şəffaflıq faktı kimi qiymətləndirir, keçirilən tenderlərin ədalətliliyini şübhə altına alır və korrupsiya ehtimalının yüksək olmasına işarə kimi dəyərləndirirlər.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300