Venesuela həbsxanasında dəhşətli yanğın - 78 nəfər öldü

 

Hadisə zamanı ölənlərdən 68-i kişi, 10-u qadındır

Venesuelanın Karabobo ştatında həbsxanada güclü yanğın baş verib.

Real TV "RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, baş verən hadisə zamanı 78 nəfər ölüb. Bu barədə Venesuelanın baş prokuroru Tarek Uilyam Saab məlumat verib.

Onun sözlərinə görə, hazırda baş vermiş hadisə araşdırılır.

"Baş verən hadisə ilə əlaqədar 4 prokuror açılmış cinayət işini araşdırır. Məsələ diqqətdədir və səbəbkarlar mütləq cəzalandırılacaq”, - deyə baş prokuror "Twitter” hesabında yazıb.

Qeyd edək ki, yanğın hadisəsi həbsxanada qiyam baş verdikdən sonra meydana gəlib. Hadisə zamanı ölənlərdən 68-i kişi, 10-u qadın olduğu bildirilir. Məlumata görə, qadınlar məhkumluq həyatı yaşayan ərlərinə baş çəkdikləri zaman həyatlarını itiriblər.

Xatırladaq ki, 2013-cü ildə Venesuelanın Lara ştatında həbsxanada baş vermiş qiyam 61 nəfərin ölümünə səbəb olub, yaralıların sayı 120 nəfər çatıb.

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300