Dünyada baş verən geoiqtisadi kataklizm ölkəmizdən də yan keçmədi. Devolvasiya, iqtisadi itkilər bir çox sahələrdə problemlər yaratmaqda davam edir. Lakin ölkə rəhbərliyinin apardığı uğurlu siyasət, çevik iqtisadi islahatlar proseslərdən minimum itki ilə çığmanı şərtləndirən əsas amillərdən biridir. Eyni zamanda Prezident son bir ayda keçirdiyi müşavirələrdə İCTİMAİ NƏZARƏT mexanizminin gücləndirilməsinin vacib olduğunu önə çəkdi. Biz də 7News.az olaraq ölkə  rəhbərliyinin apardığı siyasi-iqtisadi islahatlara əngəl olmağa çalışan məmurlar barədə mütəmadi yazılar dərc edirik.

Zaman-zaman Cəlilabad rayonunda icra başçısı və onun ətrafında olan yüksək vəzifəli şəxlərlə bağlı ciddi qanun pozuntuları müşahidə edilməkdədir. Bir müddət öncə biz icra başçısının səhiyyə sistemini çökdürməsi, insanların bu sahədə ciddi bürökratik əngəllərlə qarşılaşması barədə yazı dərc etmişdik.

Redaksiyamıza daxil olan növbəti şikayət isə Cəlilabadda icra başçısı Əziz Əzizovun təhsil sahəsinə əl qoyması, işçilərin əmək haqqlarının mənimsənilməsi ilə bağlıdır.

Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, icra başçısı təhsil işçilərinin əmək haqqlarının mənimsənilməsi "əməliyyatında” rayon məhkəməsinin və polis rəisinin əməyindən istifadə edir.

Məktubu olduğu kimi təqdim edirik.

"Cəliabad rayon təhsilinin bərbad vəziyyətə salınmasına səbəbkar olan kadrların himayəçisi olan İcra başçısı Əziz Əzizov  bu dəfəfə bir az da qabağa getdi. Cəlilabad rayon Təhsil İşçilərinin Maarifyanı Şurasına Rayon Təhsil Şöbə müdiri deyil özü rəhbərlik edərək açıq şəkldə bəyan etdi ki, hamı qoyulan tası vaxtında versin və kimsə problem yaratmağa çalışmasın. Devalvasiya və yoxsulluq səbəbindən pulu ödəyə bilməyəcəyini elan edərək Rayon Təhsil Şöbəsində narazılıq edən müəllimlər haqqında rayon rəhbərinə məlumat verən kimi İcra başçısı Əziz Əzizov, məhkəmə sədri Əliəjdər Ələkbərov və polis rəisi Namiq Camalov RTŞ-yə gələrək bir neçə nəfəri işdən uzaqlaşdırmaqla etirazı boğublar. Artıq ikinci aydır müəllimlər maaşlarını almıyiblar və  bu barədə şikayət edilməsinə baxmayaraq heç bir nəticə əldə edilmir. Belə getsə Təhsil İşçilərinin kütləvi etiraz aksiyasına çıxacaqlar”

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300