Vüqar Oruc və Zamin Hüseynov AQC sədrinin müavinləri seçilib

 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin 10 mart 2018-ci il tarixli Konfransı tərəfindən seçilmiş İdarə Heyətinin ilk iclası 28 mart 2018-ci il tarixində keçirilib.

Toplantıda İH üzvlərinin cavabdeh olduğu sahələr müəyyənləşdirilib. Nüsrət İbrahimovun təklifi ilə 2018-ci il fəaliyyət proqramı, yeni tədris kurslarının təşkili və xərclərin istiqamətləri ətrafında müzakirələr aparılıb və müvafiq məsələlərlə bağlı yekun sənəd qəbul olunub. AQC İdarə Heyətinin üzvləri- "Koneko Group” şirkətinin direktoru Vüqar Oruc və "ABAK Az CROWE Ltd” şirkətinin direktoru Zamin Hüseynov AQC sədrinin müavinləri seçilib. AQC hüquqi və fiziki şəxslər olan üzvləri üçün üzvlük haqqının məbləğini müəyyən edib. Millət vəkili Xanhüseyn Kazımlı Qiymətləndiricilər Şurası, Vüqar Oruc Ekspertiza və Keyfiyyətə nəzarətin təminatı, Zamin Hüseynov xarici əlaqələr, İbrahim Quliyev təlim-tədris, Ramil Osmanlı layihələr, Vaqif Salmanov təşkilati, Fərid Rüstəmov – standartlar, Xəyal İsmayılov hüquqi, Elnur Əsədov əlaqələr üzrə sahələrin cavabdeh şəxsləri müəyyənləşdirilmişlər.//tia.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300