Türkiyə Rusiya əleyhinə kampaniyaya qoşulmadı

 

"Bizim onlar kimi hərəkət etməyimiz müzakirə mövzusu deyil".

APA-nın verdiyi xəbərə görə, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Sergey Skripal hadisəsi ilə bağlı Qərb ölkələri tərəfindən Rusiya diplomatlarının "arzuolunmaz şəxs" elan olunmasına münasibət bildirərkən deyib.

Bolqarıstanın Varna şəhərində keçirilmiş Avropa İttifaqı-Türkiyə zirvəsindən qayıdan R. T. Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

"İngiltərə və Rusiya arasında casusluq böhranı böyüyür. Aİ-nin 14 ölkəsi Rusiya diplomatlarını xaric etmək qərarına gəldi. Türkiyəyə bu yöndə bir basqı varmı" sualına R. T. Ərdoğan belə cavab verib: "Xarici İşlər Nazirliyimiz Türkiyənin mövqeyini istər NATO-ya, istərsə də Avropa İttifaqına çatdırır. Bizim tamamən onlar kimi hərəkət etməyimiz söhbət mövzusu deyil. Bir iddiaya istinadən bəzi ölkələr addım atdı deyə, biz də eyni addımı atmalıyıq şəklində bir anlayış içində olmağımız mümkün deyil".

Qeyd edək ki, martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş zabiti Sergey Skripal və onun qızı Yuliya kimyəvi silah hücumuna məruz qalıb. Britaniya hökuməti hadisədə Rusiyanı ittiham edərək bu ölkə ilə siyasi təmasları dayandırıb, 23 rusiyalı diplomat-kəşfiyyatçını persona non-qrata elan edib. Ötən həftə Aİ liderlərinin Brüsseldə keçirilən zirvə görüşündə Britaniyanın baş naziri Tereza Mey hadisə barədə həmkarlarını məlumatlandırıb və onlara kəşfiyyat məlumatları təqdim edib. Bundan sonra Aİ bəyanatla çıxış edərək hadisədə Rusiyanı günahlandırıb. Martın 25-dən başlayaraq bir sıra Aİ ölkələri (son məlumata əsasən 16 üzv ölkə), eləcə də ABŞ, Kanada, Avstraliya, Ukrayna və digər dövlətlər Rusiya diplomatlarını "arzuolunmaz şəxs" elan etməyə başlayıblar. Türkiyənin üzv olduğu NATO-nun rəhbərliyi də təşkilatın mənzil-qərargahında akkreditə olunmuş 7 Rusiya diplomatına qarşı eyni addımı atıb. Bundan başqa, Rusiyanın NATO-dakı daimi nümayəndəliyində çalışan rusiyalıların sayı 30-dan 20-yə endirilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300