"Konfirom" MMC-nin məhsulu olan şokoladdan dəmir çıxdı: ŞİKAYƏT+FOTOLAR

 

"Konfirom" MMC-nin istehsal etdiyi "Floriya Rossi" şokoladından dəmir parçası çıxıb.

Bu barədə AFN-ə Ucar rayon sakini Əhmədov Kamil məlumat verib. Onun sözlərinə görə, bu il martın 23-də çay içdiyi zaman adıçəkilən şokoladın içindən dəmir parçası çıxıb: "Bu şokoladı istehsal edən müəssisə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşir. Şokoladın içərisindən çıxan dəmir parçasını və şokoladın kağızını sübut kimi saxlamışam. Həmçinin bu faktı görən və təsdiq edən şahidlər var. Əgər diqqətli olmasaydım, sağlamlığıma ciddi təhlükə yarana bilərdi. Buna görədə şikayət ərizəmdə göstərdiyim faktlar yerində mənim iştirakımla araşdırılıb qanunsuz fəaliyyətlə məşğul olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən "Konfirom" MMC-nin rəhbərliyi barədə qanuna müvafiq tədbirlər görülməlidir. "Darenka", "Bəhri", "Floriya" "Rossi" adlı təhlükəli yeyinti məhksullarını yalançı reklamlarla vətəndaşlara sırayan "Konfirom" MMC-nin məhsullarını Azərbaycan bazarından çıxarılmalı və insanların həyatına təhlükə yaradan rəhbərliyi barədə ciddi tədbirlər görülməlidir".
Şikayətçi qeyd edir ki, üzləşdiyi hadisə ilə bağlı İqtisadiyyat Nazirliyinin müvafiq qurumlarına da müraciət edib: "Mətbuat vasitəsilə də iqtisadiyyat naziri Şahin Mustafayevdən xahiş edirəm, üzləşdiyim faktın araşdırılıb lazımi addımlar atılmasında yardımçı olsun".
"Konfirom" MMC-nin 012-453-11-01 telefonuna edilən zənglər cavabsız qaldı. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300