publika.az142963613621.04.2015-Hesabat-Gence-4

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevdən sonra daha bir məmura şeir həsr olunub.

 AzNews.az xəbər verir ki, bu dəfə Gəncənin icra başçısı Elmar Vəliyevə yazılmış şeir sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Demək olar ki, söz yığınından ibarət olan şeirin müəllifi tanınmasa da, onun bir icra başçısına həsr olunması, üstəlik hansısa bir qəzetdə dərc edilməsi maraq doğurub.

Şeirdə icra başçısı Gəncənin yeni qururcusu kimi təqdim olunur.

Sözügedən şeiri təqdim edirik:

medhiyye (1)

 

Onu da qeyd edək ki, icra başçısının Yaponiyada xüsusi sifarişlə 500 min dollar dəyərində LEXUS yığdırdığı iddia olunan maşınının da şəkli yayılıb.

Həmin avtomobilin görüntüsünü də teref.info-ya istinadən təqdim edirik:

1453912379_1

Qeyd edək ki, Elmar Vəliyev MTN işində həbs edilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovun xalası oğludur. Hələ bir müddət öncə, JAM.AZ yazırdı ki, Vəliyev bu səbəbdən ciddi narahatlıq keçirir:”Həmin narahatlığa səbəb isə Vidadi Zeynalovla xalaoğlu olmasıdır. Mənbə bildirir ki, Vəliyevlərin sayəsində yüksək postlara transfer olunan Zeynalov, daha sonra yaxınlarını da vəzifə başına gətirməyə nail olub. Hətta bu gün Elmar Vəliyevin icra başçılarından ibarət komandalarında da Vidadi Zeynalovun adamları var”.

Görünən odur ki, Vəliyev xalası oğlu ilə bağlı yaranan situasiyadan özünü qurtara bilib və nəzirini də yaponlara verib.

Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300