Şəkidə üç nəfəri it dişləyib

 

Şəkidə biri azyaşlı olmaqla üç nəfəri sahibsiz it dişləyib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün günorta saatlarında rayonun Aşağı Göynük kənd sakini, 2014-cü il təvəllüdlü İsmayıl Əfqan oğlu Əliyev, Şəki şəhər sakini, 1960-cı il təvəllüdlü Fikrət Abdulla oğlu Abdullayev və Baş Laysqı kənd sakini 1997-ci il təvəllüdlü Vüqar Elçin oğlu Əhmədov it dişləməsi xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olublar.

MRX-dan APA-ya verilən məlumata görə, müayinə hər üç şəxsin yaşadıqları ünvanlarda küçədə sahibsiz itin hücumuna məruz qalması məlum olub. 4 yaşlı İsmayıl Əliyevə hücum edən it onun bədəninin çox hissəsinin yumşaq toxumalarını dişləmək və cırmaqlamaqla ciddi xəsarətlər yetirib. Fikrət Abdullayevə sol ayağının diz, Vüqar Əhmədova isə sağ ayağın topuq nahiyəsinin it dişləməsi diaqnozu qoyulub. Hər üç şəxsə xəstəxanada lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300