Azərbaycandan Həccə getmək istəyənlərin sayı 600-ə çatıb
Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün indiyədək 600 insan müraciət edib.
Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) xəbər verilib.
Bildirilib ki, müraciətlərin qəbul olunması davam edir və hazırda 600 insan Həcc ziyarətinə getmək üçün müraciət edib.
QMİ-dən onu da bildiriblər ki, müraciət edənlər arasında təkrar Həcc ziyarətinə getmək istəyən yoxdur. Əvvəlki illərdə təkrar gedənlərin sayı isə 12 nəfər olub.