Sayt rəhbəri bütün vicdanlı insanlara müraciət edib
"Biz dünyada Qarabağ adını mətbuat brendinə çevirmək istəsək də, müəyyən problemlərlə üzləşirik”

Bu günlərdə 5 dildə fəaliyyətə başlayan "Karabakh.Today” Beynəlxalq Analitik Portalı ofis problemi üz – üzə qalıb. Belə ki, portalın təsisçisi və baş direktoru Zaur Qəriboğlu özünün "Facebook” səhifəsində hadisəni belə şərh edib: Çox sevindirici haldır ki, "Karabakh Today" (www.karabakh.today) 5 dildə (Azərbaycan, İngilis, Rus, İspan, Türk) fəaliyyətə başlar, başlamaz, hədəfə vura bildi. Saytın 3 gündür fəaliyyət göstərməsinə baxmayaraq, oxucu auditoriyasının əsasını xarici ölkələr təşkil edir. Bunların arasında ilk sıralarda ABŞ, İngiltərə, İspaniya, Meksika, Türkiyə , Almaniya, Rusiya, İsrail və neçə - neçə ölkələr var. BİZ bir Azərbaycan brendinə çevriləcəyimizə inamlıyıq. Əsas odur ki, bu işi pulsuz, məhdud insan qüvvəsi ilə və ən əsası öz gücümüzlə edirik. Göstəririk ki, pulsuz da bu DÖVLƏTə, bu MİLLƏTə xidmət etmək olar. Hansı ki, biz bu iş üçün döymədiyimiz qapı, ağız açmadığımız insan qalmadı. Kim Qarabağ adı eşitdi, hərə bir bəhanə elədi. Hətta bu gün oturmağa da yerimiz yoxdur. Müvəqqəti bir yerdəyik, ayın 10 - na qədər də vaxt veriblər ki, çıxaq. Ayın 10 - dan sonra isə görünür Qarabağın adı kimi yetim olaraq, internet klublarda fəaliyyətimizi davam etdirəcəyik. Bütün vasitələrlə "bu dövlətə, bu millətə xidmət etməyin" deyirlər! Amma biz israrlıyıq, heç bir maddi vəziyyət, bizi bu şərəfli yoldan döndərə bilməyəcək!!! Mən bu neçə illərdə nələr görmədim, nələr eşitmədim... Dəfələrlə şahid oldum ki, candan bu VƏTƏNi sevənlər daim kənarlaşdırılır, sıxışdırılırlar. Amma Azərbaycanın pullarını sağa-sola, hətta erməni lobbisinin maraqlarına istifadə edənlər nədənsə, həmişə özlərini "vətənpərvər" kimi dövlətə də cəmiyyətə də sırıyırlar.
Hələ çox şeyi danışmıram, demirəm... Elə şeylər var ki, zamanından tez deyiləndə, mənasız olur. Sadəcə, bu məlumatı yazmağı özümə borc bildim. Çünki sayt fəaliyyətə başlayan gündən hamı soruşur ki, bu sayta neçə min xərcləmisiniz, aylıq gəliriniz nə qədərdir, kim maliyyələşdirir?! Bütün bu sualların hamısını birdəfəlik cavablandırmaq istədim. Biz bu saytın texniki tərəflərindən tutmuş, yaradıcı tərəflərinə qədər 20 qəpik belə istifadə etməmişik, etmirik də! Və BİZi heç kim maliyyələşdirmir! BİZ bütün varlığımızla cənab Prezident İlham Əliyevə inanır, güvənir, onun Azərbaycan DÖVLƏTinin, xarici siyasətini, Qarabağ siyasətini, dəstəkləyir və Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında əlimizdən gələni əsirgəmirik, əsirgəməyəcəyik də!
Saytımız vasitəsilə təkcə, Qarabağdan yox, bənzər bütün münaqişələrdən, dünyada gedən siyasi proseslərdən yazaraq, Qarabağ adını tanıtdırmağı hədəfləmişik. Bundan öncə çalışdığımız "KarabakhİNFO.com" saytında olduğu kimi burda da hədəfimiz QARABAĞ, hədəfimiz BÖYÜK AZƏRBAYCANdır!”
Z.Qəriboğlu portalın indən sonrakı fəaliyyətindən narahat olduğunu bildirərək, bütün vicdanlı insanları bu məsələdə onlara dəstək olmağa çağırıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300