ƏLƏKBƏROVUN KAFEDRA MÜDİRLİYİ ƏTRAFINDA BÖYÜK QALMAQAL - YENİLƏNİB
Azərbaycan Dövlət İqtisad Universitetinin bir qrup professor və müəllim heyəti adından şok sənədlər təqdim olundu… 

Xəbər verildiyi kimi, Azərbaycan Dövlət İqtisad Universitetində dünən gözlənilməz kafedra müdiri təyinatı olub. Belə ki, universitetdə 3 kafedranın birləşməsindən yaradılmış maliyyə kafedrasına keçmiş maliyyə naziri Əvəz Ələkbərovu təyin edilib. Rektor Ədalət Muradov isə onu hər 3 kafedranın professor və müəllimlərinə şəxsən təqdim edib. Lakin bu təyinat qalmaqalla sonunclanıb… Belə ki, qanunvericilikdə bu cür təyinat yolverilməzdir…

Bundan əvvəlki yazıda da qeyd edildiyi kimi, rektor Ədalət Muradovun bu gözlənilməz qərarı ciddi narazılığa yol açıb. Bu gün bir qrup narazı professor və müəllimlər adından redaksiyamıza Prezident İlham Əliyevə və təhsil naziri Mikayıl Cabbarova ünvanlı müraciət təqdim edilib. Aşağıda təqdim edirik:
Çox hörmətli cənab Prezident!
Hörmətli cənab nazir!
Çalışdığımız universitetdə baş alıb gedən qanunsuzluqlar barədə başqa müraciətimizdə yazacağıq. Lakin hələlik rektor Ədalət Muradovun bir özbaşınalığı barədə qeyd etmək istəyirik. Məsələ ondadır ki, rektor pedoqoji kollektivin rəyini nəzərə almadan bu universitetə heç bir elmi-pedoqoji yaxınlığı, aidiyyəti olmayan keçmiş maliyyə naziri Əvəz Ələkbərovu təyin etdi. 

«Doktorluq işi plagiat olandan kafedra müdiri olarmı???»

Cənab Prezident! Bildiririk ki, Əvəz Ələkbərovun (1952-ci il iyulun 23-də Ermənistanın (Qərbi Azərbaycanın Göyçə mahalı) Krasnoselski rayonunun Cil kəndində anadan olmuşdur) bizim universitetə aidiyyəti yalnız bundan ibarətdir ki, o, 1969-cu ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1973-cü ildə həmin institutun uçot-iqtisad fakultəsini bitirmişdir. 
1991-ci ilin yanvarından dekabr ayına kimi yeni yaradılan SSRİ Pensiya Fondu Azərbaycan SSR bölməsinin müdiri olmuş, dekabr 1991-ci ildən oktyabr 1992-ci ilə kimi Azərbaycan Respublikası Pensiya Fondu idarə heyətinin sədri işləmişdir. Oktyabr 1992-ci ildən iyul 1999-cu ilə kimi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində, 1999-cu ildən 2006-cı ilin aprelinə qədər Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə maliyyə naziri vəzifəsində çalışmışdır. 2008-ci ilin yanvarında "Sosial-iqtisadi inkişafın maliyyə-budcə tənzimlənməsi problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək iqtisad elmləri doktoru elmi dərəcəsi almışdır.
Lakin tanınmış iqtisadçı alim, AMEA-nın İqtisadiyyat İnstitutunun sabiq direktoru, AMEA-nın müxbir üzvü, professor Şahbaz Muradovun mətbuatda bu günlərdə Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevə ünvanlı müraciəti dərc olunmuşdur. Həmin məqalə-müraciətdə Şahbaz Muradov yazır: "Hörmətli Ramiz müəllim! akademik Z.Səmədzadənin 1-ci rəsmi opponenti olduğu bir məmurun doktorluq dissertasiya işi üzrə yalnız bizim institutda fəaliyyət göstərən Dissertasiya Şurasının hüququ olduğu halda, həmin dissertasiya işinin müdafiəsi üçün ADNA-da Birdəfəlik Dissertasiya Şurası yaradılmış (onun şifrəsi düzgün müəyyən edilmədən) və qeyd edilən dissertasiya işinin müdafiəsi həmin şurada həyat keçirilmiş, sabiq maliyyə naziri Əvəz Ələkbərovun iki şifrə üzrə (iqtisadi nəzəriyyə və maliyyə ixtisasları üzrə) müdafiəyə təqdim etdiyi doktorluq dissertasiya işi AAK-sı tərəfindən müdafiəsinin təşkili üçün bizim institutun Dissertasiya Şurasına göndərilmiş və müdafiəsi ərəfəsində həmin iş yenidən baxılarkən onda çoxlu plagiat halları və nöqsanlar aşkara çıxarılmışdır. Bundan xəbər tutan Əvəz Ələkbərov ak. Z.Səmədzadənin təklifi və köməkliyi ilə öz dissertasiya işini geri götürmüş və AAK-sı tərəfindən həmin dissertasiya işinin mövzusu ilə heç bir əlaqəsi olmayan Kənd Təsərrüfatı Nazirliyinin nəzdindəki Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili Elmi-Tədqiqat İnstitutunda ak. Z.Səmədzadənin sədrliyi ilə yaradılmış(?) Birdəfəlik Dissertasiya Şurasında müdafiə etmişdir...".
İndi Siz dein, doktorluq işi plagiat olan şəxs də belə bir elm ocağında necə kafedra müdiri ola bilər???
Cənab Prezident!
Hörmətli nazir!
Bildiririk ki, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun bu cür özbaşınalığı həddini keçib. Bildiririk ki, Təhsil Nazirliyinin «Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydalarının təsdiqi barədə» 9 mart 2011-ci il tarixli, 400 saylı əmri vardır. Həmin əmrin 1.6 və 1.9, həmçinin 2.3 və s. Bəndlərində konkret olaraq göstərilir ki, kimlər kafedra müdiri ola bilər. Birmənalı olaraq əmrdə qeyd olunur ki, kafedra müdiri (həmçinin dekan və ya dekan müavini) vəzifəsinə yalnız bu kafedrada çalışan şəxs seçilə bilər. Uzun illər maliyyə naziri vəzifəsində işləmiş, Türkiyədə və Azərbaycanda özünə yaxşıca kommersiya fəaliyyəti qurduğu bildirilən Əvəz Ələkbərovun yuxarıda qısaca olaraq təqdim etdiyimiz tərcümeyi-halından da görünür ki, o, bir gün də olsun nəinki bizim fakültədə, heç Azərbaycan Dövlət İqtisad Universitetində ən adi vəzifədə belə çalışmamışdır. 
Cənab Prezident!
Hörmətli nazir!
Hesab edirik ki, Əvəz Ələkbərovun Azərbaycan Dövlət İqtisad Universitetinə kafedra müdiri təyinatı qanuna zidd olmaqla, bizim hüquqlarımızın kobud surətdə pozulması deməkdir. Doğrudanmı bizim 3 kafedranın heç birində savadlı, elmli professor yox idi? Əsla belə deyil, sadəcə, rektor Ədalət Muradov yaxın dostunu bu yolla kafedra müdiri təyin etmişdir.
İnanırıq ki, pozulmuş hüquqlarımız bərpa ediləcək, bu qanunsuz təyinatın qarşısı tezliklə alınacaq.(təzadlar)

ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300