Türkiyə əllə toxunan xalçaların ixracını artıracaq

 

Yaxın illərdə Türkiyənin bir çox bölgələrində əllə xalça toxunması üçün yeni emalatxanalar qurulacaq.

"Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin iqtisadiyyat naziri Nihat Zeybekçi açıqlama verib.

Onun sözlərinə görə, məqsəd Türkiyədə bu işlə məşğul olanların sayını 30 minə, əllə toxuma xalça ixracının dəyərini isə 1 mlrd. ABŞ dollarına çatdırmaqdır: "Bu rəqəm bir qədər əvvəl 1 mlrd. dollara yaxınlaşmışdı, sonradan 50-100 mln. dollar gerilədi. Hədəfimiz ixracda 1 mlrd. dolları keçməkdir”.

Qeyd edək ki, türkiyəli ustalar yun xalçaların toxunmasına 3-6 ay, ipək xalçaların toxunmasına isə 1-3 il vaxt sərf edir. Hazırda bu ölkənin istehsalı olan və əllə toxunan ipək xalçaların qiyməti 5-100 min lirə (2-43 min manat) arasında dəyişir. Onlar, təqribən, 30 ölkəyə ixrac edilir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300