Tofiq Yaqublu 3 ildir ki, həbsdədir: Onun səhhətində problemlər var

Nigar Yaqublu: "Hazırda ata yenə xəstədir” 

 


Siyasi məhbus Tofiq Yaqublunun həbsindən üç il ötür. 2013-cü ildə İsmayıllıda baş verən xalq etirazlarına görə həbs edilən T.Yaqublunun səhhətində problemlər var. 

Bu barədə musavat.com-a onun qızı Nigar Yaqublu bildirib: "Hazırda ata yenə xəstədir. O cür şəraitdə saxlanmasının onun sağlamlığını hansı duruma saldığını təsəvvür edin”.

N.Yaqublu martda gözlənilən əfv fərmanına ümid etmədiklərini də bildirib: "Artıq əfv məsələsi bizim üçün çoxdan bağlanıb. Ona görə də, martda atanın həbsdən çıxacağını düşünmürəm”.

Qeyd edək ki, ötən ilin oktyabrında Avropa İnsan Hüquqları Məhkəməsi Müsavat başqanının müavini Tofiq Yaqublunun azadlıq hüququnun pozulmasını tanıyıb. Məhkəmə Avropa İnsan Haqları Konvensiyanın 5-ci maddəsinin birinci bəndinə əsasən Tofiq Yaqublunun dərhal həbsdən azad olunmasına və ona 24 min avro təzminat ödənilməsinə qərar verib. 

N.Yaqublu isə qeyd edib ki, hələlik təzminat məsələsindən səs-soraq yoxdur. Üç ildir ki, ailə başçısı olmadan yaşamağın çətinlikləri barədə qısa danışan N.Yaqublu "Ailə başçısının evdə olmamasının gətirdiyi çətinlikləri hamınız gördünüz. Bizim ailənin hansı çətinlikləri gördüyünü artıq hamı bilir. Bundan artıq daha nə deyim?” - deyə sual edib.

Qeyd edək ki, Müsavat başqanının müavini və "Yeni Müsavat”ın köşə yazarı Tofiq Yaqublu və REAL hərəkatının lideri İlqar Məmmədov 2013-cü ildə İsmayıllıda baş verən etirazlardan sonra həbs olunublar. Onlar həmin vaxt kütləvi iğtişaşlara çağırma və hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunublar. 

2014-cü ildə isə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Yaqublu 5 il, İlqar Məmmədov isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Beynəlxalq təşkilatlar onların hər ikisinin həbsini siyasi motivli sayırlar. Azərbaycan hökuməti bu iddiaları rədd edir.

Röya,
Musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300