Rafael Ağayev 2018-ci ildə
üçüncü medalını qazandı – FOTO
Niderlandın Rotterdam şəhərində keçirilən Karate1 Premyer Liqa turniri başa çatıb.
Oxu.Az xəbər verir ki, baş məşqçi Şahin Xudaverdiyevin ilk dəfə rəhbərliyi ilə çıxış edən yığmamız üç medalla qayıdıb.
Firdovsi Fərzəliyev (-60kq), Rafael Ağayev (-75kq) və Ayxan Mamayev (-84kq) Azərbaycana bürünc medal qazandırıb.
Qeyd edək ki, Rafael Ağayev bu il keçirilən əvvəlki iki Premyer Liqa yarışında da medal əldə etmişdi. O əvvəlcə Fransanın paytaxtı Parisdə gümüş medal, daha sonra BƏƏ-nin Dubay şəhərində qızıl medal qazanmışdı.