Rusiyanın Sibir regionundakı "Sladunitsa” şirniyyat şirkəti "Qarabağ” adı daşıyan konfetlər istehsal edir.

"Qafqazinfo” modern.az-a istinadən xəbər verir ki, şirkət Rusiyanın Omsk şəhərində qeydiyyatdan keçib.

"Sladunitsa” ASC-nin baş direktoru Yuliya Şestakova, marketinq xidmətinin rəhbəri isə Anastasiya Perminovadır.

Anastasiya Perminova şirkətin "Qarabağ” adı altında konfet istehsal etməsinin səbəblərini belə izah edib:

"Konfetlərin "Qarabağ” adı ilə istehsalı marketinq şöbəsinin ekspertləri tərəfindən irəli sürülüb. Vurğulamaq istəyirəm ki, məmulatın belə adlandırılması siyasi səbəblərlə bağlı deyil. Şirkətimiz beynəlxalq siyasətdən tamamilə uzaqdır”.

A. Perminova şirkətin sahiblərinin Qazaxıstan vətəndaşı olan etnik ruslardan ibarət olduğunu və "Sladunitsa” şirkətinin rəhbərliyində erməni, yaxud azərbaycanlı şəxslərin çalışmadığını deyib.

Şirkət Rusiyanın 65 subyektində marmelad, şəkərli peçenye, şərq şirniyyatları və konfetlər istehsal edir.

"Qarabağ” konfetlərinə gəlincə, 1 kiloqramı 430 rubla (8 manat 70 qəpik) satılan konfetlər şokolad və kakao tərkiblidir.

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300