Sergey Lavrov: "Rusiya britaniyalı diplomatları ölkədən çıxaracaq"

 

Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalın cinayət işi ilə bağlı 23 rusiyalı diplomatın Böyük Britaniyadan çıxarılmasına cavab olaraq Rusiya da britaniyalı diplomatları ölkədən çıxaracaq.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Lakin nazir Britaniya səfirliyinin ölkədən çıxarılacaq əməkdaşlarının dəqiq sayını açıqlamayıb.

Xatırladaq ki, martın 5-də Solsberi polisi şəhərin ticarət mərkəzlərinin birinin yaxınlığında naməlum təhlükəli maddə ilə təmas nəticəsində iki nəfərin huşunu itirmiş vəziyyətdə aşkarlandığı barədə məlumat yaymışdı. Sonradan onların Baş Kəşfiyyat İdarəsinin Britaniyaya işləyən sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliya olduğu aydınlaşıb. Onların sinir-iflicedici maddə ilə zəhərləndikləri və bu maddənin Rusiya istehsalı olduğu bildirilir.

Martın 14-də Tereza Mey "Skripal işi” ilə bağlı 23 rusiyalı diplomatın ölkədən çıxarılacağını və ölkəni tərk etmələri üçün onlara bir həftə vaxt verildiyini demişdi. Moskva isə öz növbəsində bu addımı "kobud təxribat” adlandırmış və Britaniyaya adekvat cavab verəcəyini açıqlamışdı.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300