Bakıda üç avtobusun yolu dəyişdirildi 

 

59, 108 və 159 nömrəli müntəzəm marşrut xətlərinin hərəkət sxemində dəyişiklik dəyişiklik edilib.

BAKU.WS Bakı Nəqliyyat Agentliyinin saytına istinadən xəbər verir ki, dəyişikliyə əsasən, 59 nömrəli marşrut xətti üzrə avtobuslar 2-ci Alatava yaşayış sahəsi-Mətbuat prospekti-Səməd Vurğun küçəsindən keçməklə son dayanacaq olaraq S.Rəhimov küçəsi ("28 May” metrostansiyasının yaxınlığı) müəyyən edilib. 2-ci Alatava-metronun "Elmlər Akademiyası” stansiyası istiqamətində isə gediş-gəliş 159 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət avtobuslarla təmin ediləcək.

108 nömrəli marşrut xətti (metronun "Azadlıq” stansiyası – Mehdiabad qəsəbəsi – Fatmayı qəsəbəsi) ləğv edilərək fəaliyyətini "108 A” və "108 B” olmaqla davam etdirəcək. Dəyişikliyə əsasən, "108 A” nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Goradil qəsəbəsi, son dayanacaq məntəqəsi "Azadlıq” metrostansiyası olmaqla, "108 B” nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Fatmayı qəsəbəsi, son dayanacaq məntəqəsi "Azadlıq” metrostansiyası olmaqla müəyyən edilib. Dəyişiklik nəticəsində Fatmayı bağları (Çimərlik) və Mehdiabad qəsəbə sakinlərinin "Azadlıq prospekti” metrostansiyasına daşınmasınıın faziləsizliyi və təhlükəsizliyi təmin ediləcək.

Vətəndaş müraciətlərinə əsasən 159 nömrəli müntəzəm marşrutun ("Çiçək” qəsəbəsi-metronun "Elmlər Akademiyası” stansiyası) hərəkət sxemi dəyişdirilərək son dayanacaq məntəqəsi Yeni Yasamal, Dadaş Bünyadzadə küçəsi təyin edilib. Bununla da yaşayış binalarının, iaşə obyektlərinin olduğu D.Bünyadzadə və 11E küçələri ilə müntəzəm marşrut xəttinin təşkili təmin olunacaq.

Qeyd edək ki, hər üç marşrut xətti üzrə nəzərdə tutulan dəyişikliklər martın 21-dən tətbiq ediləcək.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300