Lavrov: "Xəzərin statusu haqqında konvensiya bu il imzalanacaq”

 

Xəzər dənizinin statusu haqqında konvensiya bu il imzalanacaq

 

Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib:

 

"Böyük əminliklə elan edə bilərəm ki, konvensiya bu il, Qazaxıstanda keçiriləcək beşinci sammitdə imzalanacaq. Dekabrda biz Xəzər ölkələrinin – Rusiya, Qazaxıstan, Türkmənistan, İran, Azərbaycan XİN başçılarını Moskvaya yığdıq və öz səviyyəmizdə bu konvensiyanın bütün maddələrini razılaşdırdıq, indi hər bir iştirakçı ölkənin dilində mətnlər tutuşdurulur", – deyə nazir "Rusiya-imkanlar ölkəsi" adlı forumda bildirib.

 

Sergey Lavrov konvensiyanın imzalanacağına əmin olduğunu və hələlik bunun üçün heç bir maneə görünmədiyini bildirib. (Amerikanın Səsi)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300