Dağlıq Qarabağda Ermənistan hərbçisi ölüb
Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələri hərbçilərinin törətdiyi yol-nəqliyyat qəzası nəticəsində 1999-cu il təvəllüdlü əsgər Edqar Gevorkoviç Yeremyan ölüb.
"Report” xəbər verir ki, bu barədə Ermənistn KİV-i məlumat yayıb.
Qəzanın təlim zamanı yol-nəqliyyat hadisəsi nəticəsində baş verdiyi ehtimal edilir. Bildirilib ki, ölüm faktı ilə bağlı araşdırma aparılır.