Goranboy sakinini elektrik cərəyanı vuraraq öldürüb
Goranboy rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 1941-ci il təvəllüdlü Aslanov Məhərrəm Sarı oğlunu cərəyan vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.