Ölkə prezidenti İlham Əliyevin keçirdiyi son müşavirə icra başçılarını təşvişə salıb. Etibarlı mənbədən aldığımız məlumata görə,Neftçala icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev işdən azad edilərək həbs oluna bilər.Prezident in son müşavirəsində məmurlara, əsasən də rayonların icra başçılarına möhkəm təpinməsi sonuncuları təlaşa salıb. Onlar artıq göz qabağında olan, hamının haqqında məlumatlı olduğu mal-mülklərini tələm-tələsik satıb nağd pula çevirməyə başlayıblar. Prosesi də təbii ki, məxfi şəkildə həyata keçirməyə çalışırlar. Amma nə qədər çalışsalar da bu barədə məlumatlar hər halda yayılır”.

Əmlakı nı tələm-tələsik satışa çıxaran icra başçılarından biridə Neftçala rayonunun icra başçısı İsmayıl Vəliyevdir.O, rayondakı bir neçə obyektini satışa çıxarıb. Amma hələ ki həmin obyektləri heç kim almaq istəmir. İcra başçısı tez bir zamanda vəzifəsini itirəcək.Mənbən in sözlərinə görə,Neftçala rayonunda İsmayıl Vəliyevə məxsus bazarı 500 min manata Masallıdan olan iş adamına satmaq istəyən Vəliyev iş adamının şərti qarşısında çıxılmaz vəziyyətə düşüb.Belə ki, iş adamı başçıya köhnə bazarı təzə baza birləşdirmək şərti qoyub.İcra başçısı müxtəlif qanunsuzluqdan istifadə edərək 2 qrup 20 yanvar əlili Məhəmməd Fərzəliyevə məxsus köhnə bazarı təzə bazara köçürtmək istəyib.

Nia.az- a daxil olan məlumata görə, Məhəmməd Fərzəliyev Cənab prezident İlham Əliyevə şikayət edərək kömək istəyib və dərhal prezident administrasiyas ından Vəliyevə zəng olunaraq axrıncı sərt xəbərdarlıq olunub. Hakimiyyətdəki mənbələrdən aldığımız məlumata görə, İsmayıl Vəliyev hakimiyyətin yuxarı dairələrdə artıq öz nüfuzunu itirib.Mənbənin  sözlərinə görə,işdən azad olunaraq həbs olunacağını bilən, İsmayıl Vəliyev ölkədən qaçmaq planları qurur onun üçün bütün əmlaklarını gizlicə satışa çıxarılıb.

Fotolar İsmayıl Vəliyevə məxsus dəbdəbəli Bazar və Restoranının foto şəkilləridir.

1441802380_2

1441802389_3

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300