Universitetlərin tələbə yataqxanalarının şəraiti- FOTOLAR
Bakıda təhsil alan tələbələrin böyük bir qismi kirayə mənzillərdə yaşayırlar. Bunun isə əsas
səbəbi universitetlərin tələbələri yataqxanalarla təmin edə bilməməsidir. Məsələn,
18 mindən çox tələbənin təhsil aldığı Bakı Dövlət Universitetinin tələbə şəhərciyi
2013-cü ildən  etibarən tamamilə yararsız vəziyyətdədir. Şəhərciyin 3, 4, 5 saylı
binaları tam sökülüb. Məqsəd isə universitetin 2019-cu ildə keçiriləcək 100 illik
yubileyinə qədər, yeni yataqxananın inşa edilməsi olub. Lakin hələ də tikinti işlərinə
başlanılmayıb. 

Universitetdən bildirdilər ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Hacıbala Abutalıbov onların layihə ilə bağlı müraciətlərinə cavab
vermir. Belə ki, Maliyyə Nazirliyi tərəfindən layihəyə vəsait ayrılması
üçün icra hakimiyyəti tərəfindən inşaat sənədi verilməlidir. Lakin onlar
bu sənədin verilməsini gecikdirirlər. Sənədin isə nə zaman veriləcyi məlum deyil. 

Azərbaycan Diplomatiya Akademiyasının yerli tələbələri də "yersiz” qalıblar.
 Universitetin beynəlxalq əlaqələr şöbəsindən aldığımız məlumata görə,
ADA-da yalnız xarici tələbələr yataqxanada qalmaq hüququndan istifadə edə bilirlər:
"Xarici tələbələr təqaüd proqramlarına əsasən, 1 il müddətində yataqxana ilə təmin
olunur. Əgər ilin sonunda tələbənin təhsil göstəriciləri universitetin tələbinə uyğun
deyilsə, o zaman həmin tələbə yataqxana ilə təmin edilmir. Yerli tələbələrə
aid isə belə bir proqram yoxdur. Yataqxana universitetin yaxınlığında olan
binadadır  ki, burada da təxminən 120 nəfər tələbənin qalması üçün şərait
var. Təxminən 5 il müddətində universitetin nəzdində yataqxananın tikilməsi
planlaşdırılır”. 

İqtisad və  Pedaqoji universitetlərinin mətbuat xidmətlərindən musavat.com-a
verilən məlumata görə, tələbə  yataqxanalarının bütün binalarında  məcburi
köçkünlər yaşayırlar. Bu səbəbdən  universitetlər tələbələrini yataqxana ilə
təmin edə bilmirlər.  
Texniki Universitetin 4 saylı yataqxana  binası istisna olmaqla, digərlərində
məcburi köçkünlər məskunlaşıblar. Yataqxanada yaşayan tələbələr isə
kommunal xidmətlərdən narazıdırlar. Tələbələr bildirirlər ki, qış aylarında
otaqlar çox soyuq və rütubətli olur. Bu isə onların təhsillərinə ciddi təsir edir.
Kirayə bazarında qiymətlər baha olduğu üçün tələbələr şəraitsiz yataqxanada
yaşamağa məcbur olublar.

Xarici Dillər Universitetinin nəzdində olan 2 yataqxanadan birində məcburi
köçkünlər məskunlaşıblar.  Digər yataqxananın da bir hissəsində məcburi köçkünlər
yaşasalar da orada təxminən 200-ə qədər tələbənin yaşaması üçün  şəraitin olduğu
bildirildi.  
Azərbaycan Tibb Universitetinin tələbə yataqxanası, demək olar ki, yaxşı
vəziyyətdədir. ATU-nun  Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Cahangir
Qasımovun musavat.com-a verdiyi məlumata görə, hazırda universitetin 5 tələbə
yataqxanası fəaliyyət göstərir:
"Bunlardan ikisi qızlar, ikisi oğlanlar üçündür. Bir yataqxanamızda isə xarici tələbələr
qalırlar. Toplamı 1000 nəfərə yaxın tələbəni yataqxana ilə təmin etmişik.  4 saylı
yataqxanamızda isə məcburi köçkünlər yaşadığı üçün orada tələbələri yerləşdirə
bilmirik”.

C. Qasımov bildirib ki, 2015-ci ildən etibarən yataqxanaları ödənişli etmək məcburiyyətində
qalıblar:
"2015-ci ilin tədris ilindən başlayaraq, yerli tələbələr bir ilə 300 manat, xaricilər isə
600 manat ödəməklə yataqxanalardan istifadə edə bilərlər. Son illər yataqxanalarda
təmir
işləri aparmışıq. Hazırda universitetin bütün yataqxana binalarında şərait yüksək
səviyyədədir”.

Onu da qeyd edək ki, xarici universitetlərdə də  yataqxanalar bir çox hallarda ödənişli
olur.
Misal üçün, ABŞ-da təhsil alan tələbənin yataqxana xərci 1000 dollar, Almaniyada 300,  
Böyük Britaniyada  isə 750 avrodur.

Əli Rais, musavat.com 

 














Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300