Buffondan unudulmayacaq fədakarlıq-FOTOLAR

 

"Yuventus”un qapıçısı Canluici Buffon atdığı alicənab addımla diqqət mərkəzinə düşüb.

Qol.az-ın xəbərinə görə, Florensiyada nəşr olunan "La Nazione” yazıb ki, "Fiorentina”nın 31 yaşında vəfat edən kapitanı Davide Astorinin dəfnində iştirak etmək üçün fədakar hərəkət edib.

Yazıda bildirilib: "Demə, ötən həftə Buffon və "Yuventus”un baş məşqçisi Massilimiano Alleqri Çempionlar Liqasında "Tottenhem” üzərində qələbədən dərhal sonra Davide Astorinin vida mərasiminə çata bilmək üçün Londondan Florensiyaya xüsusi təyyarə reysinin xərcini ödəyiblər.

"Uembli”dəki gözəl qələbədən sonra paltardəyişmə otağına daxil olan Buffon komanda yoldaşlarına deyib: "Sabah Davide ilə vidalaşa bilmək üçün bizi Florensiyaya çatdıracaq xüsusi təyyarə tapmışıq. Kim bizimlə getmək istəyirsə, səhər saat 4:30-da otelin lobbisinə ensin. Amma bugünkü gərgin oyundan sonra yorğun olanları və yatmaq istəyənləri də yaxşı anlayıram”.

Səhər saat 5-in yarısında otelin birinci mərtəbəsinə komandanın, demək olar ki, bütün heyəti toplaşıb. Amma təyyarə kiçik olduğundan Florensiyaya cəmi 9 nəfər uça bilib: Alleqri, Buffon, Kyellini, Pyaniç, Bardzalyi, Benatiya, Markizio, Ruqani və baş məşqçinin köməkçisi Marko Landuççi. Zədəli olduğu üçün Londona yollanmayan Federiko Bernardeski də Florensiyada onlara qoşulub.

Polis "Yuventus”un məşqçilərinə və futbolçularına mərasimin keçirildiyi "Santa-Kroçe” məbədinə arxa qapıdan daxil olmağı təklif etsə də, Buffon bunu qəbul etməyib. Canluici komanda yoldaşlarını da şəhər meydanına gəlməyə, "Yuventus”un ağır gündə Florensiya sakinləri ilə birgə olduqlarını və onları dəstəklədiklərini nümayiş etdirməyə səsləyib”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300