Bu gün Bakının Yasamal rayonu "Nizami” metrosunun yanında yerləşən kanalizasiya quyusunun sıradan çıxması bir sıra problemlərin yaranmasına gətirib çıxarıb.
Uluyol.info "Salamnews.org"-a istinadən xəbər verir ki, saatlarla axan su bütün ətrafa yayılaraq gediş-gəlişi çətinləşdirib.
Qeyd edək ki, bir neçə gün öncə də həmin kanalizasiyanın partlaması nəticəsində ətrafa xeyli çirkli su yayılmışdı.