ABŞ-da neft hasilatı son 9 həftədə 8-ci dəfə artıb

 

ABŞ-da martın 3-dən 9-na qədər olan müddətdə gündəlik neft hasilatının və neft ehtiyatlarının həcmi artıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyinin (EİA) həftəlik hesabatında bildirilir.

Belə ki, hesabat həftəsində ABŞ-da neft hasilatının gündəlik həcmi 12 min barel və yaxud 0,12% artaraq 10,381 mln. barel təşkil edib. Ölkənin neft ehtiyatlarının həcmi isə 5,012 mln. barel və yaxud 1,17% artaraq 430,9 mln. barelə çatıb. Analitiklər ehtiyatların 2mln. barel artacağını proqnozlaşdırırdılar.

Xatırladaq ki, neft ehtiyatları bundan əvvəlki həftə 2,4 mln. barel artım göstərib. Bununla da ABŞ neft hasilatı son 9 həftə ərzində 8 dəfə artıb.

ABŞ-ın benzin ehtiyatlarında azalma müşahidə olunub. Analitiklər sözügedən göstəricinin 1,2 mln. barel azalacağını ehtimal etsələr də, ehtiyatlar 6,3 mln. barel və yaxud 2,5% azalaraq 244,8 mln. barelə geriləyib. Bundan əvvəlki həftə ərzində isə benzin ehtiyatları 0,8 mln. barel azalmışdı.

"Report"un analitik qrupu bildirir ki, bu xəbər dünya bazarında neftin ucuzlaşmasına səbəb olub. Əmtəə birjalarında "Brent" markalı neftin qiyməti 65 dollar/barel səviyyəsində sabitləşib. Qlobal iqtisadi artımın sürətlənməsi fonunda dünya bazarında neftin qiyməti yüksək səviyyədə qalmaqda davam edəcək. Bu ilin I rübündə "Brent" markalı neftin qiymətinin 55-73 dollar/barel arasında dəyişəcəyi gözlənilir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300