Türkmənlərin birliyi bölgədəki bir çox qüvvələrin oyunlarını pozacaq»

 

Iraqın Türkmən Cəbhəsinin lideri Ərşad Salihi Türkməneli dövlətinin yaradılmasından danışıb. Salihi bildirib ki, Şimali Iraqda müstəqil Kürdüstan dövlətinin qurulacağı təqdirdə Bağdadla birgə qalmağa üstünlük verəcəklər. Bu da baş tutmasa, Türkməneli Cümhuriyyətinin yaradıldığını elan edəcəklər.

Uluyol.info azadliq.info-ya istinadən xəbər verir ki, Salihi Suriya türkmənlərinə də səslənərək qurtuluşun millətçilikdə olduğunu bildirib: "Iraq və Suriya türkmənləri birgə addım atmalıdır. Suriya türkmənləri Cenevrə danışıqlarından kənarda saxlanıldı. Amma türkmənlər narahat olmasın. Danışıqlara qatılan tərəflərin o toplantıda anlaşa biləcəklərinə inanmıram. Suriya türkmənləri bölgəni müdafiə edib birliyi qoruya bilsələr, Əsəd iqtidardan gedəndən sonra qazancları böyük olacaq. Cenevrəyə dəvət edilməyən türkmənlər BMT-nin Suriya üzrə xüsusi təmsilçisi Staffan de Misturaya məktub göndərməlidi. Məktubda türkmənlərin danışıqlardan kənarda saxlanılmasının doğru addım olmadığı bildirilməli və bu vəziyyətin təcili düzəldilməsi tələb olunmalıdır”.

Salihi deyir ki, Suriyada vəziyyət hansı istiqamətə dəyişirsə-dəyişsin orada yaşayan türkmənlər milli mücadilədən əsla vaz keçməməlidilər: "Qurtuluş millətçilikdədir. Qloballaşma dövründə türkmənlər bir olmalıdır. Suriya və Iraqda yaşayan türkmənlər əlaqəli şəkildə hərəkət etməlidilər. Bir-birimizə sahib çıxmalıyıq. Türkmənlərin birliyini təşviq edən kofrans və seminarlar təşkil etməliyik. Bu təşəbbüslərə Türkiyə Cümhuriyyətindən də dəstək gəlməlidir.

Türkmənlərin birliyi bölgədəki bir çox qüvvələrin oyunlarını pozacaq. KDP və KYB terrorun qarşısını almaq bəhanəsiylə Suriya sərhədindən Iran sərhədinə qədər uzanan və faktiki olaraq Iraqı bölən xəndəklər qazır. Türkmənlərin birləşməsi bu oyunun da qarşısını alacaq.

Kürdüstan Iraqdan ayrılmaq istəsə, biz Bağdadla birgə qalmağı seçəcəyik. Kərkük xüsusi statuslu bölgə olacaq. Türkmənlərin rahat həyat tərzi üçün Türk dünyasının yardımına ehtiyacımız var. Bizimlə birgə olmalarını istəyirik. Türk milləti əzəldən var olub və Inşallah bu, əbədiyyətə qədər belə olacaq. 17 dövlət quran bizlər 18-ci dövləti də qura bilərik. Tarixdən güc alıb gələcəyə doğru gedərik”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300