Merkeli yenə seçdilər  

 

Martın 14-də Almaniya parlamenti – Bundestaq prezident Frank-Valter Ştaynmayerin təqdimatına baxaraq Angela Merkeli federal kansler postuna seçib.

Novator.az bildirir ki, 63 yaşlı Angela Merkel 2000-ci ildən Xristian Demokrat İttifaqının sədridir. 1991-1994-cü illərdə qadınlar və gənclər naziri, 1994-1998-ci illərdə ətraf mühit və təbiətin mühafizəsi naziri postlarını tutub, 2005-ci ildən Almaniya kansleridir.

2017-ci il sentyabrın 24-də keçirilmiş parlament seçkisini Xristian Demokrat və Xristian Sosial ittifaqları alyansı udub. Sosial Demokrat Partiyası seçkidə ikinci yeri tutub. Yeni hökuməti Xristian Demokrat İttifaqı, Xristian Sosial İttifaqı və Sosial Demokrat Partiyası qurur.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300