AİP

Uluyol.info xəbər verir ki, 26 fevral Xocalı soyqırımının 24 illiyi münasibəti ilə Azərbaycan İslam Partiyası "Xocalı və Kərbəla” mövzusunda məqalə və şeir müsabiqəsi elan edir.

Müsabiqəyə təqdim olunan məqalə və şeirlərdə vətənpərvərlik, qəhrəmanlıq, faciənin canlılığı və islami baxış olması, həmçinin indiyə qədər yazılmış yazılardan fərqli yeni fikrin olması əsasdır.
Təqdim olunan məqalə Word formatında (Times New Roman şrifti ilə, 14 ölçüdə) və 2 ədəd A4 vərəqindən çox olmamalıdır.
Məqalə və şeirlər xocalivekerbela.2016@gmail.com ünvanına göndərilməli, bununla yanaşı ad, soyad, əlaqə nömrəsi və E-email ünvanı da qeyd edilməlidir.
Fevralın 23-ü müsabiqə üçün məqalə və şeirlərin qəbulunun son günüdür. Müsabiqənin nəticələri fevralın 29-da elan olunacaq.
Ən yaxşı məqalə və ən yaxşı şeir yazan qaliblərə mükafat olaraq "Məşhəd ziyarəti” hədiyyə ediləcək. Məqalə müsabiqəsində ikinci və üçüncü yerlərin qaliblərini də qiymətli mükafatlar gözləyir.
Seçilmiş məqalə və şeirlər mediada dərc olunacaq.
Əlavə məlumat üçün əlaqə nömrəmiz: 077 535 05 36

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300